Avtomexanik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin balansında nasaz vəziyyətdə olan nəqliyyat vasitələrinin təmir edilərək işlək vəziyyətə gətirilməsinə nəzarət etmək.
  • Gündəlik olaraq sürücülərin  hərəkət cədvəlinə uyğun nəzarətin həyata keçirilməsi
  • Daxili prosedurlara riayət etmək
  • Nəqliyyat vasitələrinin icbari və kasko sığortalarının izlənməsi
  • Azərbaycan Respublikası Yol hərəkəti qanunlarını bilməli, daxili prosedur qaydalarına yiyələnməli və onlara riayət etməli
  • Digər struktur bölmələrindən daxil olan sifarişlərə əsasən, nəqliyyat vasitələrinin fasiləsiz, problemsiz, yüksək səmərəli işini, düzgün texniki istismarının həyata keçirməsinə təmin etmək
  • Nəqliyyat vasitələrinin GPS vasitəsilə izlənməsi, aşkar edilən uyğunsuzluqlar barədə dispetçerə sorğu göndərilməsi.
  • İcazə verilməyən yüklərin daşınmasının qarşısını almaq və Rəhbərliyin göstərişi ilə qabarit ölçüləri böyük yüklərin daşınması zamanı təhlükəsizliyi təmin etmək üçün lazımi addımların atılmasını təmin etmək
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Ən azı 3 il müvafiq sahə üzrə iş təcrübəsi;
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Yaradıcı düşüncə qabiliyyəti;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Əla səviyyədə Azərbaycan dili, İngilis və Rus dili biliklərinin olması üstünlükdür;
  • Microsoft Office proqramları;

Digər məlumatlar:

  • İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə) 
  • İş vaxtı: 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Avtomexanik” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.