Direktor sürücüsü

  • Green Tech
  • Elanın qoyulma tarixi: 08.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Rəhbər şəxsin təyinat nöqtəsinə gediş və gəlişini təmin etmək;
  • Qonaqları qarşılamaq və yola salmaq;
  • İdarə edəcəyi nəqliyyat vasitəsinin texniki şərtlərini, istifadə qaydalarını bilməli və vaxtlı-vaxtında texniki baxışdan keçirilməsini təmin etmək;
  • Rəhbərinin verdiyi digər təlimatları yerinə yetirmək. 

Tələblər:

  • BC kateqoriyalı sürücülük vəsiqəsi olmalı; 
  • Xarici qonaqlarla ünsiyyətdə ola biləcəyi üçün rus və ingilis dillərini bilənlərə üstünlük veriləcəkdir;
  • Bu sahədə min. 5 il iş təcrübəsi olmalıdır;
  • Yol hərəkəti qaydalarını bilməlidir,
  • Avtomobili diqqətli və peşəkar idarə etməyi bacarmalıdır;
  • Şəhəri yaxşı tanımalıdır;
  • Gülərüz, məsuliyyətli və intizamlı olmalıdır;
  • Özünü təqdim etmə bacarığı olmalıdır.
  • Ölkədaxili ezamiyyətlərlə bağlı problemi olmamalıdır. 

Təminatlar:

  • İdarə edəcəyi avtomobil şirkət tərəfindən təmin edilir;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Altıgünlük iş qrafiki;
  • Əmək haqqı razılaşma yolu ilə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində “Direktor sürücüsü” şəklində göstərməyiniz xahiş olunur.