Anbardar

  • Turban Moda
  • Elanın qoyulma tarixi: 08.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq
  • Mədaxil-məxaric sənədlərinin dövriyyəsini,mal-material təhvil qaydaları üzrə üzrə sənədləşmə prosesinə riayət olunmasını təmin etmək
  • Anbar sahələrində səmərəli istifadə,materialların axtarılmasının asandlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu,yerləşdirilməsivə buraxılması işlərini idarə etmək
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla  və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək
  • Mal-material dövriyyəsinin yalnız təsdiq  edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək
  • Anbarda mövcud olan mal-materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəi,istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək
  • Mal və materialın inventarizasiyasına,təlimatlara uyğun hazırlamaq,təşkil etmək və iştirak etmək
  • Köhnəlmiş,zərər görmüş,xarab olmuş mal-materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək
  • Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək

Vəzifəyə olan tələblər:

  • Ali təhsil arzuolunandır
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Yaş həddi:30-50
  • Yaxşı səviyyədə kompyuter bacarıqları(MC Office proqramları,1c proqramı arzuolunandır)
  • Azərbaycan dilini mükəmməl bilməli,Rus dili arzuolunandır
  • Komandada işləmək bacarığı

İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • Əmək haqqı:600-800 AZN

Göstərilən kriteriyalara uyğun şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Anbardar” qeyd etməklə göndərə bilərlər.