Təchizatçı \ Satınalma Mütəxəssisi

  • Turban Moda
  • Elanın qoyulma tarixi: 02.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Tələbləri

  • İqtisadi və ya idarə etmə yönümlü ali təhsil
  • Danışıqlar və yazışmalar aparacaq səviyyədə Rus və İngilis dili bilikləri
  • Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
  • Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır;
  • Satın alma və ya təchizat sahəsində minimal 3 il iş təcrübəsi;
  • Təmsiletmə, Planlama , Araşdırma bacarığı.

Vəzifə Funksiyaları

  • Şirkətin bütün təchizat üzrə sifarişlərinin təmin edilməsinə nəzarət edilməsi;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil edilməsi;
  • “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq tender,təklif sorğularının keçirilməsini təşkil edilməsi;
  • Müqavilələrin hazırlanmasının təşkili,  müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi;
  • Gömrük rəsmiləşdirilməsini həyata keçirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədləri paketinin broker şirkətinə təqdim etmək);
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görülməsi;
  • Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
  • Satınalmanın daxili prosedura uyğun  təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
  • Sifarişçi və ya  son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
  • Sifarişçi və ya  son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi.
  • Görülən işlərin hesabatının hazırlanması və rəhbərliyə təqdim olunması.
  • Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması.

Əmək Şəraiti

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə edilir.

6 günlük iş qrafikidir.

Əmək haqqı: 1200-1500 AZN, namizədin bilik və bacarıqlarına müvafiq olaraq müəyyənləşdiriləcək.

Ünvan: Yeni Yasamal 2

Göstərilən şərtlərə uyğun şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Təchizatçı \ Satınalma Mütəxəssisi” qeyd etməklə göndərə bilərlər və ya 0707030439 Whatsapp nömərsinə vakansiyanın adı ilə birlikdə özü haqqında məlumatları göndərə bilər.