Zavod Müdirinin Köməkçisi

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 26.12.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Zavod Müdirinin Köməkçisi    

NORM MMC Qızıldaş Sement Zavodunun inşasına başlamışdır. Zavod Bakının iqtisadi cəhətdən strateji əhəmiyyətli  zonalarından olan Qaradağ ərazisində yerləşəcəkdir.
Zavodun istehsal həcminin gündə 5000 ton klinker və ildə 2,000,000 ton sement olması ona Şimali Qafqaz və Xəzər Regionunda əhəmiyyətli yer tutmasına şərait yaradır

Tələblər

• İqtisadiyyat, Sosial elmlər, İdarəçilik üzrə Bakalavr dərəcəsi
• Əlaqədar sahə üzrə ən azı 2 il iş təcrübəsi
• Azərbaycan, rus və ingilis dillərini səlis bilmək
• MS Office kompüter proqramından istifadə etmək bacarığı
• Təşkilatçılıq bacarıqları
• Yazılı və şifahi ünsiyyət bacarığı  

Vəzifə və Öhdəliklər:

• Müxtəlif tapşırıqların yerinə yetirilməsi, sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi
• Rəhbərin iştirakı ilə toplantıların, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması
• Suallara cavab olaraq memorandum və məktubların tərtib edilməsi
• Rəhbərin diktə etdiklərinin yazıya köçürülməsi.
• Rəhbərin qonaqlarının və telefon zənglərinin qəbulu
• Prioritetlərin müəyyən edilməsi və təcili xəbərlərin rəhbərliyə çatdırılması
• Daxil olan aylıq hesabatların nəzərdən keçirilməsi və oxunması; ilkin qiymətləndirilməsi, cəmlənməsi və rəhbərliyə təqdim edilməsi
• Rəhbərin imzalayacağı məxfi hesab edilməyən sənədlərin nəzərdən keçirilməsi, redaktə və korrektə edilməsi
• Daxil olan məktubların məzmunu ilə tanışlıq, onlar haqda məlumatın rəhbərliyə təqdim olunması və rəhbərin göstərişinə əsasən müvafiq tədbir görülməsi
• Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi

Son MüraciətTarixi:10/01/2014
 
Müraciətlər Ünvanlanmalıdır:

Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərməlidirlər.  

İşəgötürənin reytinqi