İR DepartamentininTədris və inkişaf şöbəsinə müdir

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 25.12.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Dəmir Bank ASC İnsan Resursları DepartamentininTədris və inkişaf şöbəsinə müdir vəzifəsinə işə qəbul elan edir.

İşin təsviri:

• Dəmir Bank Təlim Akademiyasının yaradılmasında və idarə olunmasında, heyətin təlim/inkişaf strategiyasının müəyyənləşdirilməsində yaxından iştirak edir;
• Bankın təlim və inkişaf məsələləri üzrə siyasət, prosedur və qaydaların hazırlanmasında yaxından iştirak edir;
• Təlim, qiymətləndirmə, idarəetmə, inkişaf üzrə məsələlərdə struktur bölmə rəhbərləri ilə birgə çalışır, məsləhətlər verir;
• Bank heyətinə və rəhbərliyinə təlim və inkişaf imkanları haqqında təkliflər və məsləhətlər verir;
• Təlim ehtiyaclarının təhlili və fərdi inkişaf planları üzrə üsulları tədqiq və tərtib edir;
• Bankın işçi heyətinin illik iş fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə təlimatlandırma prosesini təşkil edir,ildə iki dəfə qiymətləndirilmənin aparılmasını idarə edir, qiymətləndiricilərlə əlaqə qurur, qiymətləndiricilərin qeydlərini təhlil edir, işçilərə qoyulmuş hədəflərin SMART olmasına nəzarət edir, illik nəticələri toplayır, təhlil edir, hədəflərin vəzifə öhdəliklərini əhatə etməsi barədə qiymətləndiricilərlə izahat işi aparır, lazımi inzibati dəstəyi göstərir, qiymətləndirmə formalarının saxlanılmasını təmin edir və departament direktoruna hesabat verir;
• Bankın işçi heyətinin inkişafı üzrə təlim/inkişaf büdcə və planını tərtib edir, idarə edir,təlim büdcəsi və təlim investisiyasının səmərəliliyi üzrə üsulları,həmçinintəlim və heyətin inkişafı üzrə daxili iş proseslərini müəyyən edən üsulları tədqiq və tərtib edir;
• Bank heyətinin təlim və inkişafı üzrə ehtiyaclarını müəyyənləşdirir və təhlil edir, o cümlədən Bankdan kənar təlim təchizatçılarının araşdırılması, əlaqələrin qurulması, heyətin təlim ehtiyaclarına uyğun təminatını həyata keçirir;
• İşçilər və orta rəhbərlik tərəfindən gələn təlim və inkişaf proqramları üzrə tələbləri təhlil edir və məsləhət verir, Bank heyəti üçün fərdi inkişaf planlarını tətbiq edir və onların tərtibini əlaqələndirir və izləyir;
• Lazım olan Bankdaxili təlim və inkişaf proqramlarını tədqiq, təşkil və tətbiq edir, sahələr üzrə Bankdaxili təlimçiləri müəyyən edir və onların daimi inkişafını təmin edir;
• Bankdan kənar təlim və inkişaf proqramlarını araşdırır, qiymətləndirir, təşkil edir və davamiyyətini əlaqələndirir, mümkün təlim və inkişaf proqramları üzrə müntəzəm bazar araşdırmaları və qiymətləndirmələri aparır, Bankdan kənar təlim və inkişaf proqramları üçün təminatçı şirkətlərlə biznes əlaqələri yaradır, ehtiyac yaranan zaman kənar təlim proqramlarını təşkil edir və onların davamiyyətini əlaqələndirir;
• Təlim ehtiyacları əsasında təlim büdcəsinin tərtibi və xərclənməsinə nəzarət edir və investisiyaların səmərəliliyini təhlil edir, təlim investisiyalarının səmərəliliyi haqqında departament direktoruna rüblük/illik hesabat verir, təlimlərin effektivliyinin artırılması, nəticələrinin ölçülməsi məqsədi ilə test paketləri tərtib edir, testləşmə keçirir və ya keçirilməsini təmin edir;

Namizədə qarşı  tələblər:

• Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması sahəsində ali təhsil;
• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
• Regionlara mütəmadi olaraq səfərlərə getmək imkanı;
• Azərbaycan və ingilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti,
• MS Office proqramlarında və məlumat bazasında sərbəst şəkildə işləyə bilmək bacarığı;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı;
• Liderlik və idarəetmə bacarıqları;
• Yüksək peşə hazırlığına və mənəvi-əxlaqi keyfiyyətlərə maliklik;
• Təşəbbüskarlıq, qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə maliklik;
• İşçi heyəti ilə işləmək bacarığı;
• Vəziyyəti düzgün qimətləndirmək və qərar qəbul etmək bacarığı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq qabiliyyəti;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 yanvar 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Tədris və inkişaf şöbəsinin müdiri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraqbildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.