Təsərrüfat departamentinə Elektrik

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • İşıqlandırıcı armaturların cərəyan açarları, ştepsel rozetkaları və patronlarının şəbəkəyə qoşulmaqla qurulması;
  • Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi;
  • Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlar və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması;
  • Kontaktorların, rele nəzarətçi, komanda-aparatların yoxlanılması, təmizlənməsi;
  • Elektrik mühərrikləri və generatorların hissələrinin yığılması, təmizlənməsi, yağlanması, şotkaların dəyişdirilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (elektrik və ya avtomatlaşdırma üzrə)
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • “B”  kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır;
  • İntizamlılıq və məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 Fevral 2024-cü il tarixinədək email-in mövzu hissəsində Elektrik qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi