İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Layihənin gedişatının monitorinqi və maraqlı tərəflər üçün layihə statusu hesabatlarını yaratmaq;
- Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydada uyğunlaşdırmaq;
- Komanda üzvlərinin lazım olan resurslara malik olması üçün resursların planlaşdırılmasına kömək etmək;
- Maraqlı tərəflərin görüşlərinin planlaşdırılması və layihənin həyat dövrü ərzində layihə rəhbəri ilə maraqlı tərəflər arasında ünsiyyətin asanlaşdırılmasını təmin etmək;
- Departament rəhbərin göstərişi ilə layihə planı, büdcə, cədvəl və ya əhatə dairəsi kimi layihə idarəetmə sənədlərini idarə etmək;
- Tapşırıqların qeyd edilməsi və idarəsi üçün onlayn sistemlərlə işləmək;
- Layihələrin idarə edilməsi, kadrların idarə edilməsi, risklərin idarə edilməsi və s. ilə əlaqədar PMI metodologiyalarını başa düşmək və düzgün şəkildə tətbiq etmək;
- Görülən işlərin uçotunu aparmaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Səlahiyyətləri:
- Fəaliyyətinə aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək (Cəmiyyət tərəfindən, habelə departament (filial) direktoru tərəfindən tanışlığa qadağa qoyulan məlumatlardan başqa);
- Əmək müqaviləsi, Şirkətın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər şirkətdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirmək;
- Aidiyyəti məsələlər üzrə bütün struktur bölmələrin rəhbərləri ilə qarşılıqlı əlaqədə olmaq;
- Öz səlahiyyətləri daxilində sənədləri imzalamaq və təsdiq etmək;
- Tutduğu vəzifədə hüquq və vəzifələrini müəyyən edən sənədlərlə, xidməti vəzifələrin icrasının keyfiyyətinin qiymətləndirilməsi meyarları ilə tanış olmaq;
- Xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan məlumat və sənədləri şəxsən və ya bilavasitə rəhbərin tapşırığı ilə müəssisənin şöbə müdirlərindən və mütəxəssislərindən tələb etmək;
- Nəzərdə tutulmuş vəzifələrlə bağlı işin təkmilləşdirilməsi ilə bağlı təkliflərini rəhbərliyin müzakirəsinə təqdim etmək.
Məsuliyyətləri:
- Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamaq;
- Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək.
Tələb edilən bilik səviyyəsi:
Təhsil: Ali
Sertifikatlar: PMI , PMP
Dil bilikləri: Azərbaycan, İngilis və Rus dili – Səlis ünsiyyət bacarığı;
Texniki biliklər:
- Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat üzrə, Informatika, sənaye mühəndisliyi);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- MS Office proqramları;
- MS Project vəya Primavera kimi layihə idarəsi proqramları.
Səriştə və bacarıqlar:
- Aqrar sahədə təcrübənin olması üstünlükdür;
- Rəqəmsal layihələrin idarə olunmasında təcrübə üstünlükdür;
- PMI – PMP olması aruzolunandır;
- Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
- Analitik zəka,insanlarla işləmək qabiliyyəti.