Sürücü

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçiriləcək “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində sürücü vəzifəsi üzrə

MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• Azərbaycan Respublikası yol hərəkəti qaydaları və layihənin fəaliyyət göstərəcəyi əraziləri barədə geniş məlumat; 
• B dərəcəli sürücülük vəsiqəsi;
• Avtomobillərin, xüsusən 4X4 tipli avtomobillərin düzgün və təhlükəsiz işləməsi üzrə bilik və vərdişlər;
• Ən azı beş illik peşəkar iş təcrübəsi;
• Avtomobilin başlıca mexaniki problemlərinin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üzrə bacarıqlar; və
• Azərbaycan dili üzrə mükəmməl biliklər.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində tərcüməyi-hallarını aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]

Maraqların ifadəsi üzrə bildiriş D/3.3-ƏX

Sənədlər 27 yanvar 2013-cü il saat 18:00-dək qəbul edilir.