Mühəndis-İnşaatçı

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçiriləcək “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində mühəndis-inşaatçı vəzifəsi üzrə

MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• İnşaat mühəndisliyi və ya memarlıq sahələri üzrə ali təhsil; 
• Inşaat mühəndisliyi sahəsində ən azı on beş illik iş təcrübəsi, o cümlədən ən azı iki il tikintiyə nəzarət vəzifəsi üzrə iş təcrübəsi;  
• Planlaşdırma, sənədlərin hazırlanması, təmir-tikinti işlərinin əlaqələndirilməsi sahəsində təcrübə;
• Dünya Bankının, yaxud digər beynəlxalq təşkilatların mallar və xidmətlərin satınalınması  üzrə prosedurları ilə tanış olan namizədlərə üstünlük verilir;
• İngilis dili bilgisi olan namizədlərə üstünlük verilir;
• Ofis proqramları, inşaat mühəndisliyi və ya memarlıqla əlaqədar proqram təminatı üzrə yüksək kompüter vərdişləri üstünlük hesab edilir.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və ingilis dillərində tərcüməyi-hallarını aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]

Maraqların ifadəsi üzrə bildiriş D/13.0-MX

Sənədlər 27 yanvar 2013-cü il saat 18:00-dək qəbul edilir.