Layihə Koordinatorunun Müavini

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçiriləcək “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində layihə koordinatorunun müavini vəzifəsi üzrə

MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• Hüquq, biznesin idarəetməsi, iqtisadiyyat və ya digər oxşar sahələr üzrə ali təhsil;
• Layihələrin hazırlanması, idarəetməsi və icrası üzrə ən azı beş illik iş təcrübəsi;
• Dünya Bankının, yaxud digər beynəlxalq təşkilatların maliyyələşdirdiyi layihələrin icrasında ən azı üç illik iş təcrübəsi;
• Azərbaycan və ingilis dilləri üzrə mükəmməl biləklər;
• MS Office və məlumat bazaların idarəetməsi üzrə proqramlarından mükəmməl istifadə etmə bacarığı;
• Yüksək ünsiyyət, qərarların qəbul edilməsi, danışıqların aparılması və hesabatların hazırlanması vərdişləri.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və ingilis dillərində tərcüməyi-hallarını aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]

Maraqların ifadəsi üzrə bildiriş D/1.0-MX

Sənədlər 27 yanvar 2013-cü il saat 18:00-dək qəbul edilir.