Satışa dəstək mühəndisi (şəbəkə&şəbəkə təhlükəsizliyi)

  • Bestcomp Group
  • Elanın qoyulma tarixi: 26.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müasir şəbəkə infrastrukturlarının struktur və komponentlərini, eyni zamanda funksional təyinatlarını başa düşərək izah etməyi bacarmaq.
  • IP şəbəkələri və şəbəkə infratrukturunun (Wired, Wireless) dizayn prinsiplərini bilmək
  • Klassik şəbəkə protokolları və SDN (Software Defined Network) texnologiyası haqqında məlumatlı olmaq.
  • Şəbəkə təhlükəsizliyi avadanlıqlarını (NGFW, IPS, WAF və s.) tanımaq, fərqləndirə bilmək və konfiqurasiya etməyi bacarmaq
  • Müştərinin problemlərini analiz edərək başa düşmək.
  • Təklif ediləcək həllin biznes nəticələrini anlamaq və bunu müştəriyə izah edə bilmək.
  • Təqdimat hazırlamaq və müştəriyə təqdim etməyi bacarmaq.
  • Təklif olunacaq həllin vizuallaşdırılmasını və HLD (High level design) çəkməyi bacarmaq.
  • Kritik sistemləri təhlil etmək və sistemlərin təkmilləşdirilməsi üçün təkliflər vermək bacarığı.
  • Həll sənədlərinin və təqdimatların hazırlanmasında təcrübəli.
  • Microsoft Power Point və Visio proqramlarında işləyə bilmək.

Davranış bacarıqları:

  • Ünsiyyətcil olmaq.
  • Müştəri ilə pozitiv ünsiyyət qurmağı bacarmaq.
  • Təhlil etmək və problem həll etmək bacarığı.
  • Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq
  • Komandada işləmək bacarığı

Xüsusi tələblər:

  • İnformasiya texnologiyaları və ya digər texniki ixtisalar üzrə ən azı ali bakalavr dərəcəli təhsili.
  • Şəbəkə və şəbəkə təhlükəsizliyi həlləri sahəsində ən azı 5 illik təcrübə (şəbəkələrin dizaynı və tətbiqi sahəsində təcrübə)
  • Dünyanın aparıcı telekommunikasiya avadnlıqları istehsalçılarının (Cisco, Aruba, Fortinet və s.) sertifikatlarına malik olanlara üstünlük verilir.
  • Azərbaycan, ingilis və rus dillərində danışmaq və yazmaq.
  • Daxili və beynəlxalq səyahətlər üçün ezam olunmağa hazır olmaq.
  • Sales engineer, Presales manager , Solution Architect və s. vəzifələrdə iş təcrübəsinə malik olanlara üstünlük verilir.

İşəgötürənin reytinqi