İşin təsviri
Namizədə aid tələblər:
- Ali təhsil,
- Mövcud sadədə ən az +2 il təcrübə,
- 23-30 yaş aralığında olan namizədlər,
- Ana dilində səlis danışıq, Rus dilində ünsiyyət bacarığı,
- Müştəri yönümlülük, təqdimetmə bacarığı,
- Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı,
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı,
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə,
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi,
- Xanım namizəd.
Vəzifə öhdəlikləri:
- Yeni müqavilələrin bağlanması,
- Mövcud müştərilərlə danışıqların aparılması, məhsul və xidmətlər barəsində müştərilərin məlumatlandırılması,
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması,
- Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlərin aparılması və hesabatlar hazırlaması,
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması,
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 600-800 AZN
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Satışa dəstək üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.