Daxili nəzarət və təftiş üzrə mütəxəssis

İşin təsviri

Namizədə olan tələblər: 

  • Təhsil: Ali təhsil (İnzibati İdarəetmə, İqtisadiyyat, Maliyyə-kredit, Mühasibatlıq, Audit və s. ilə əlaqədar istiqamət üzrə);
  • Daxili Nəzarət, təftiş, risklərin idarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə 2 ildən çox iş təcrübəsi;
  • Azərbaycan dili səlis, Rus və İngilis dili üstünlükdür;
  • MS Excel bilikləri – yüksək səviyyədə;
  • 1C ERP ilə işləmə bacarığı üstünlükdür;
  • Yüksək riyazi analiz qabiliyyəti və analitik düşünmə;
  • Sürücülük vəsiqəsi;
  • Ezamiyyətlərə getməyə hazır olmalı.

Vəzifə öhdəlikləri:  

  • Müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərində iştirak etmək;
  • Aşkar edilmiş uyğunsuzluqlar, boşluqlar, xəta və pozuntular haqqında hesabatlar və təqdimatların hazırlanması;
  • Operativ və planlı yoxlamalarda  iştirak etmək ;
  • Daxili proseslərin monitorinqində iştirak;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1500-1800 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
  • Servis xidməti.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Daxili nəzarət və təftiş üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.