Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 23.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Bankın İT və Kiber risk və insidentlərinin araşdırılması, davamlı izlənilməsi və risklərin baş vermə ehtimalının təhlili;  
  • Təsir və ehtimal təhlil edildikdən sonra riskin özü, təsviri və risk səviyyəsinin müəyyən edilməsi. Riskin təsirinin azaldılması üçün bir sıra nəzarət tədbirləri hazırlanması; 
  • Tədbirlər planının razılaşdırılması və şərtlərin müəyyənləşdirilməsi. Risk, onun səviyyəsi, qarşısının alınması planlarının risk reyestrinda sənədləşdirilməsi;  
  • Bütün maraqlı tərəflərə dəstək vermək, 1-ci sıra risk müdafiəçilərinə və risklərin koordinasiyasına (məsələn, sorğuları qiymətləndirmək) dəstək;
  • Normativ sənədlərin hazırlanması və Bankın bütün yeni və mövcud normativ sənədlərini və məhsullarını nəzərdən keçirilməsi - potensial İT / Kiber risklərin yaranmasının qarşısının alınması;  
  • Risk Nəzarəti Özünü Qiymətləndirmə (RCSA) və Əsas Risk Göstəriciləri (KRI)  vasitələrindən istifadə edərək risklərin müəyyənləşdirilməsi;
  • Stress test ssenarilərinin hazırlanması;  
  • İT /Kiber risk metodologiyasinin icrası və yenilənməsi;  
  • Daxili itkilərin məlumat bazasına daxil edilməsi;  
  • İT/Kiber risklərə aid proyektlərdə iştirak;  
  • İstisnaların idarə edilməsində iştirak;
  • Əsas risk indikatorları üçün məlumatların toplanması;  
  • Hesabatların hazırlanması; 
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər:

  • Təhsil: Məzun;
  • Tələb olunan iş təcrübəsi: 1-3 il;
  • Lisenziya / Sertifikat: İTİL v4, COBİT 5, İSO27001 Foundation arzu olunandır;
  • Xarici dillər: İngilis, Rus;
  • Kompüter bilikləri: Microsoft Office.

İşəgötürənin reytinqi