İbtidai təhsil üzrə müəllim

İşin təsviri

Avropa Azərbaycan Məktəbi İbtidai təhsil üzrə müəllimləri müsabiqə yolu ilə işə qəbul edir.

Məktəbdə tədris Azərbaycan dilindədir.

Əsas vəzifə və öhdəliklərə aşağıdakılar daxildir:

• Məktəbdə ibtidai təhsil üzrə müvafiq fənlərin tədris edilməsi
• Şagird bilik və bacarığının Məktəbin qiymətləndirmə tələbatlarına uyğun yoxlanması və qiymətləndirilməsi
• Məktəbin Qiymətləndirmə departamentinə şagirdlərin nailiyyət göstəricilərinə dair departamentin təqviminə uyğun hesabatların verilməsi və keçirilmiş testlərin nəticələrinin təqdim edilməsi

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:

 Ali pedaqoji təhsil (magistr dərəcəsi)
 Azı üç illik pedaqoji təcrübə (beynəlxalq İbtidai Təhsil Proqramı (Primary Years Programme) üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
 İnteraktiv təlim metodlarından istifadə bacarığı
 Tədris etdiyi fənlər üzrə müvafiq testlərin yazılması
 Tədris etdiyi fənlərüzrə əlavə materialların hazırlanması
 Tədrisdə informasiya texnologiyalarindan (MS Office və Excel proqram paketləri, ağıllı lövhələr, planşetlər və s.) yüksək səviyyədə istifadə etmək bacarığı
 İngilis dilini orta səviyyədə bilmə

Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

• Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi nitq qabiliyyəti
• Tədris prosesində qərar qəbul etmə və problem həll etmə bacarığı
• Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
• Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə
• Həmkarları, şagirdlər və valideynlərlə yüksək səviyyədə ünsiyyət bacarığı
• Çətin idarə olunan və hiperaktiv şagirdlərlə iş bacarığı
• Həm müstəqil, həm də komanda üzvü kimi işləmə qabiliyyəti

Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.

Sənədlər 29 dekabr 2013-cü il tarixədək qəbul ediləcəkdir.

Məktəbin ünvanı: B. Bağıorva küç., 7 (“Elmlər Akademiyası” m/s yaxınlığında, H.Cavid küçəsi ilə kəsişmə)

Əlaqə telefonları: (+994 12) 539-89-35, (+994 51) 530-38-74; (+994 55) 329-19-46

İşəgötürənin reytinqi