CRM analyst

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Analitik problemlərin həlli, təhlil əsasında nəticələr çıxarmaq və əsas biznes qərarlarının qəbulu üçün onların səriştəli təqdimatı
  • Umico müştəri bazası ilə işləmək: müştərilərlə sonrakı qarşılıqlı əlaqə üçün onun müxtəlif bölmələrdə seqmentasiyası (poçt göndərişlərinin, kampaniyaların, zənglərin, formalaşmış seqmentlər üçün müsahibələrin həyata keçirilməsi)
  • Filial analitikasının aparılması:
  1. Bazar satışlarının təhlili
  2. Tərəfdaşlarla əməkdaşlığın nəticələrinə dair təqdimatlar
  3. Tərəfdaşlar üçün həyata keçirilən təşviqatların effektivliyinin təhlili
  4. Tərəfdaş hesablarında göstərilən məlumatların düzgünlüyünün monitorinqi
  • Keçirilən CRM kampaniyaların və aksiyaların təhlili
  • Biznes istifadəçiləri və şirkət rəhbərliyi üçün müntəzəm hesabatların aparılması.
  • Cari hesabatların avtomatlaşdırılmasında fəal iştirak etmək.
  • Şirkətin müxtəlif departamentləri ilə, o cümlədən marketinq, satış və s. ilə qarşılıqlı əlaqədə olmaq, onların məlumat ehtiyaclarını anlamaq və təhlildə dəstək göstərmək.

Namizədə tələblər:

  • Ali təhsil
  • Sərbəst SQL istifadəçisi
  • Microsoft Office ilə işləmək üzrə əla bacarıqlar (Excel – əla səviyyə)
  • Azərbaycan və rus dillərini bilmək
  • Məsuliyyətli, çalışqan
  • Tapşırıqları yerinə yetirmək bacarığı
  • Vəziyyətə tez reaksiya vermək bacarığı

Şərtlər:

  • İş rejimi: 5/2
  • Əmək haqqı: müsahibə zamanı namizədin biliyinə və təcrübəsinə əsasən müəyyən olunacaq
  • İş yeri : Baku White City

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni " CRM analyst " mövzu hissəsində qeyd etməklə elektron poçtuna göndərsinlər.