Sosial media marketinqi üzrə mütəxəssis

  • Kredit Evi QSC
  • Elanın qoyulma tarixi: 22.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali və ya orta təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1-il iş təcrübəsi
  • Səlis Azərbaycan dili;
  • Yaş həddi: 21-30 yaş;
  • Kreativ düşüncəli, yaradıcı;
  • Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə işləyə bilmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Sosial media hesablarının idarə edilməsi;
  • Sosial media üçün aylıq postplanın hazırlanması (İnstagram, Facebook, Tik Tok, Linkedin, Telegram)
  • Mövzuya uyğun kontentlərin hazırlanması;
  • Dizaynerə brieflərin tam və dolğun şəkildə ötürülməsi;
  • Səhifəyə gələn müraciətlərin uyğun qaydada cavablandırılması;
  • Sosial media KPI-lərinin təyin edilməsi;
  • Sosial şəbəkələrdə reklam və kampaniyaların hazırlanması;
  • Reklam nəticələrinin təhlil edilməsi və yeni təkliflərin verilməsi;
  • Aylıq hesabatın hazırlanması.

Bizim sizə təklifimiz:

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Gələcək karyeranızın qurulması üçün geniş şərait;

Əgər təklifimiz sizə maraqlıdırsa şəkilli cvlərinizi (şəkilli cv mütləqdir) elektron ünvanına göndərə bilərsiz.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“SMM”mütəxəssisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.