Daxili audit üzrə mütəxəssis

  • Invest AZ QSC
  • Elanın qoyulma tarixi: 22.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
  • Kompüter bilikləri: əla səviyyədə;
  • Maliyyə Bazarları sahəsində qanunvericiliyə dair biliklər;
  • Müvafiq sahə üzrə Beynəlxalq sertifikatı olanlara üstünlük veriləcəkdir.

Səriştələr: 

  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
  • Analitik təhlil etmə bacarığı;
  • Araşdırma və təhlil üçün lazım olan məlumatları toplamaq bacarığı;
  • Məlumatların yazılı/şifahi təqdim etmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Audit Komitəsi tərəfindən təsdiq edilmiş daxili audit planı və proqramına uyğun olaraq Cəmiyyətin struktur bölmələrində audit yoxlamalarının həyata keçirilməsi;
  • Cəmiyyətin daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin səmərəliliyinin (effektivliyinin) yoxlanılması, təhlil edilməsi və qiymətləndirilməsi;
  • İcra edilən əməliyyat prosedurlarının müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasının yoxlanılması;
  • Mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
  • Aparılmış yoxlamalar nəticəsində aşkar edilmiş nöqsan, çatışmazlıq, risklərin aradan qaldırılması haqqında tədbirlər planının tərtib edilməsi və planın icrasına nəzarət edilməsi;
  • Həyata keçirilmiş işlər barədə illik hesabatın, həmçinin fəaliyyətdən irəli gələn digər hesabat və sənədlərin tərtib edilməsi.

Təklif edirik:

  • İş saatları: 09:00-18:00;
  • İstirahət günləri: Şənbə, Bazar;
  • AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
  • Nahar;
  • Könüllü tibbi sığorta.

İşəgötürənin reytinqi