Korporativ kreditlər üzrə Baş mütəxəssis

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 22.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, və ya Biznesin idarə edilməsi üzrə);
  • Bank sahəsində minimum 3 il iş təcrübəsi;
  • Bank qanunvericiliyi bilikləri;
  • MS Office proqramlarında (xüsusilə, MS Excel) işləmək bacarığı;
  • Müştəri bazasını idarəetmə qabiliyyəti;
  • Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik.

İşin təsviri:

  • Bankdaxili prosedurlara uyğun olaraq müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək; 
  • Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni satış metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
  • Məhsullar, xidmətlər, onların şərtləri və tarifləri, satış standartları ilə bağlı əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyə xarakterli məlumatlarla işləmək və bankın kredit məhsullarının satışında birbaşa iştirak etmək;
  • Müştəri, Fondlar, özəl və digər dövlət orqanlarının müraciətləri üzrə sorğuların operativ icrası məqsədilə Bankın aidiyyatı strukturları ilə daimi əlaqədə olmaq;
  • Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının həyata keçirilməsində aktiv iştirak etmək;
  • Dövrü hesabatların hazırlanması və təhlili;
  • Mövcud, yeni yaradılmış bank məhsulları barədə müxtəlif kommunikasiya kanalları vasitəsilə potensial müştərilərə məlumatın çatdırılmasında iştirak etmək;
  • Ümumi Bank üzrə formalaşmış kredit portfelinin cari vəziyyətinin nəzarət olunmasında birbaşa iştirak etmək;
  • Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə  çıxarılmasını təmin etmək;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə Baş mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.