IT Specialist

  • Resant Group
  • Elanın qoyulma tarixi: 22.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Üstünlüklərimiz:

  • Mehriban Komanda;
  • Rəqabətədavamlı Əmək Haqqı;
  • AR Əmək Qanunvericiliyinə uyğun Rəsmiləşmə;
  • Şəhərin Mərkəzində Ofis;

İş barədə məlumat:

  • IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək
  • Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması
  • Server və iş stansiyalarının proqram təminatının inteqrasiyasını təmin etmək
  • Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək
  • Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq
  • Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək
  • Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq
  • Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək
  • Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək
  • İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi

Namizədə tələblər:

  • High availability sistemləri ilə iş təcrübəsi;
  • Vmware - ESX, ESXI, vCenter və Microsoft Hyper-V kimi virtuallaşdırma üzrə biliklər.
  • Backup sistemləri ilə iş təcrübəsi - Veeam Backup and Replication;
  • Windows Server (2012/2016/2019) əməliyyat sistemlərinin, role-service və tool-ları inzibatçılığı;
  • Active Directory istifadəçi idarəçiliyi, Active Directory Group Policies, DNS üzrə əsas bilik səviyyəsi . VMWare (VM və Hostların tətbiq olunması),
  • Microsoft Office 365 platformasına çıxışın təmin edilməsi və dəstək verilməsi
  • Antivirus qoruma sistemlərinin prinsipini bilmək üzrə iş təcrübəsi;
  • IP şəbəkə, Avadanlıq üzrə ( Yönləndirmə protokolları, VLAN, NAT, Access-lists)
  • IP və analoq kamera, səs sistemləri, giriş-çıxışa nəzarət sistemləri üzrə biliklər;
  • Yanğın, mühafizə siqnalizasiya sistemi üzrə minimal biliklər;
  • Printerlər və digər periferik qurğularla işləmək bacarığı;
  • Helpdesk texniki və ya digər müştəri dəstəyi rolu kimi sübut edilmiş təcrübə
  • Rus, İngilis dillərin biliyi üstünlükdür
  • Müvafiq sahədə iş təcrübəsi

Əlavə şərtlər: Əmək haqqı – Namizədin bilik və bacarıqlarına əsasən müsahibə əsasında təyin olunacaqdır.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (IT Specialist) qeyd etməklə göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi