Smeta üzrə mühəndis

  • Səma-Z
  • Elanın qoyulma tarixi: 18.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Texniki hesabatların yoxlanılması (Forma 2, Forma 3, Xərc analizi);
  • Smeta sənədlərinə uyğun Forma № 2-lərin hazırlanması;
  • Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin xərclərinin aşağı düşməsi üçün tədbirlər görmək;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
  • Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
  • Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
  • Həftəlik, aylıq və yekun hesabatların tərtibi;

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahədə iş təcrübəsi 1 ildən az olmamaq şərtilə (tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək)
  • 25-45 yaş həddi
  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
  • İnşaat norma və qaydalarını bilməlidir;
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
  • Müvafiq sahə üzrə hər hansı təlim keçmiş və sertifikata malik olan namizədlərə üstünlük veriləcək;

Əmək haqqı sınaq müddəti ərzində  800 (nett)

Sınaq müddətini keçdikdən sonra razılaşma əsasında olacaqdır.

Əmək məcəlləsinə uyğun sənədləşmə

İş yeri: Bakı şəhəri olacaqdır. İşlə bağlı olaraq ayda 1 dəfə Laçın və Xocalı şəhərinə gediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə “Smeta üzrə mühəndis” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.

Səma-Z tərəfindən digər vakansiyalar