İşin təsviri
                
                
                                
                İş qrafiki:
	- Bazar ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
 
	- İş yeri: Tbilisi prospekti 149, AZ1122 Bakı, Azərbaycan (“Azercell Telekom” MMC, Baş ofis).
 
	- Təcrübə müddəti: 4 ay.
 
Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
	- Təhsil: Hüquq fakültəsinin son 2 (iki) kurs tələbələri;
 
	- Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
 
	- Mülki/Kommersiya Hüququ üzrə bilik və marağın olması;
 
	- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı.
 
Əsas öhdəliklər:
	- Korporativ hüquq şöbəsinə dəstək göstərmək ("Bad Debt" toplanması, hesabat və məktubların tərtibatı və s.).
 
	- Mentorun verdiyi şifahi və yazılı göstərişlərin yerinə yetirilməsi.
 
	- Təcrübə zamanı məsul iş sahələri ilə bağlı müvafiq hesabatların hazırlanması.
 
Üstünlük verilən Yetkinliklər:
	- Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
 
	- Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
 
	- Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
 
	- Nəzarət etmək qabiliyyəti;
 
	- İşləri yüksək səviyyədə icra etmək bacarığı;
 
	- Yekun nəticəyə yönəlmə bacarığı.
 
İşə qəbul prosesi:
	- CV-lərin təhlil edilməsi
 
	- İxtisas üzrə müvafiq yazılı tapşırıqlar/testlər
 
	- Yetkinliklərə əsaslanan (HR) / Hüquq bilikləri üzrə Müsahibəsi
 
Son müraciət tarixi: 24 Yanvar, 2024-cü il 12:00 PM