SƏTƏM bölməsi üzrə müfəttiş

  • STP Global Cable
  • Elanın qoyulma tarixi: 18.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli olmalı;
  • Sahə üzrə minimum 1-3 il iş təcrübəsinə malik olmalı;
  • Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilməli;
  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib olmalı;
  • Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • İşində dəqiq və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır;
  • İxtisas üzrə diplom və ya sertifikatlara (İSO 14001:2015, İSO 45001:2018, İOSH, NEBOSH) sahib olmalı;
  • Təhlükəsiz iş üzrə və risk dəyərləndirilməsi üzrə metodlarına hakim olmalı;
  • SƏTƏM qaydalarının tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətçilik və insanlarla rahat münasibət qurma bacarığı olmalı;

Hansı işləri görəcəksiniz:

  • Əməyin mühafizəsi tələblərinə və qaydalarına riayət olunmasına nəzarət;
  • İşçilərə fərdi mühafizə vasitələrinin, xüsusi geyimlərin və ayaqqabıların verilməsini təşkil etmək və nəzarət etmək;
  • Əməyin mühafizəsi üzrə ilkin, dövri, plandankənar və planlı təlimatların keçirilməsi;
  • Aşkar edilmiş pozuntularının qeydiyyatı, onların aradan qaldırılmasına nəzarət və qeydiyyatın aparılması;
  • İş sahələrində SƏTƏM üzrə təftiş keçməli;
  • Müəssisənin qanunvericilik, İSO 45001:2018, İSO 14001:2015 standartlarına uyğun fəaliyyət göstərməsi üçün dəstək və tövsiyyələr verməli;
  • Potensial təhlükələrin müəyyən edilməsi zamanı dəstək və tövsiyyələrini verməli;
  • Risklərin dəyərləndirilməsi zamanı tövsiyə və rəy vermək;
  • İnsidentlərin təhqiqatı zamanı yaxından iştirak etmək;
  • SƏTƏM üzrə audit zamanı dəstək vermək;
  • Ətraf mühit aspektlərinin təsirlərinin dəyərləndirilməsi zamanı dəstək vermək;
  • Yaxşılaşdırma üçün imkanlar üzrə tövsiyələr vermək.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisələrindən birində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
  • Karyera inkişafı.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM üzrə müfəttiş” yazaraq 18.02.2024-ci il tarixinədək e-mail ünvanına göndərilməsi xahiş olunur.