Keyfiyyət təminatı üzrə mütəxəssis

  • STP Global Cable
  • Elanın qoyulma tarixi: 18.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli olmalı;
  • Sahə üzrə minimum 1-3 il iş təcrübəsinə malik olmalı;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib olmalı;
  • Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • İSO 45001:2018, İSO 14001:2015 standartları üzrə baza bilikləri olmalıdı;
  • İSO 9001:2015 üzrə daxili auditor sertifikatı olmalı.

Hansı işləri görəcəksiniz:

  • Keyfiyyət sahəsi üzrə siyasətlərin və prosedurların, iş axın sxemlərinin hazırlanması zamanı dəstək vermək;
  • Keyfiyyət idarəetmə sistemi üzrə tələb olunan hesabatlar üçün lazmi məlumatın toplanması;
  • Sənədləşəmə dövriyyəsinin yaradılması zamanı lazımi dəstək vermək;
  • Keyfiyyət üzrə sənədləşmə dövriyyəsinin qorunub saxlanmasını, əlaçatanlığını, yayımlanmasını, yenilənməsini təmin etmək;
  • Daxili auditin keçirilməsi zamanı lazımi dəstək vermək;
  • Daxili audit nəticlərinin izlənməsini həyata keçirmək;
  • Üçüncü tərəf auditi zamanı tələb olunan dəstəyi vermək;
  • Uyğunsuzluqların idarəolunması prosesi zamanı dəstək vermək, uyğunsuluqların izlənməsini təmin etmək;
  • Müştəri şikayətləri əsasında tələb olunan təhlilin aparılmasına dəstək vermək;
  • Keyfiyyət üzrə qeydlərin aparılmasını təmin etmək etmək.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisələrindən birində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
  • Karyera inkişafı.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyət təminatı üzrə mütəxəssis” yazaraq 18.02.2024-ci il tarixinədək e-mail ünvanına göndərilməsi xahiş olunur.