Kredit mütəxəssisi, Aparıcı kredit mütəxəssisi, Menecer və Filial müdiri

  • Qarant Kredit
  • Elanın qoyulma tarixi: 18.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri: (Menecer və Filial müdiri vəzifələri üzrə)

  • Filialın kredit portfelinin idarə olunması və idarə olunmasına nəzarət
  • Filial üçün prioritetlərin və məqsədlərin tətbiq olunmasına cavabdehlik
  • Filial portfelinin və müştəri  bazasının ən yüksək mümkün keyfiyyətdə saxlanmasına məsuliyyətlilik
  • Problemlərin, risklərin idarə edilməsi, həlli yollarının araşdırılması, həll edilməsinə nəzarət
  • Ümumi hədəf və məqsədlərə təsir göstərə bilən filial əməliyyatları ilə bağlı məsələlərdə Baş Ofis və digər filialları əlaqələndirilməsi
  • Tələb olunan hesabatları dəqiq və vaxtında verilməsi
  • Filialın hədəf və məqsədlərinə nail olmaq üçün işçi heyətini həvəsləndirmək və ruhlandırmaq
  • Təşkilatın xidmətlərinin yaxşılaşdırılması və rəqabətliliyinin təmin edilməsi üçün digər kredit təşkilatlarının daxil olduğu ərazilərdə bazar fəaliyyətinin məlumatlarını öyrənilməsi
  • Filialın effektiv  büdcəsini işləmək və planlaşdırmaq, maliyyə hədəflərinə çatmaq üçün fəal iştirak etmək
  • Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq
  • Girov əməliyyatlarının  yerinə yetirilməsinin prosedurlara uyğunluğuna nəzarət etmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək
  • Kreditlə bağlı işçilərin, kreditlərin diversifikasiyasına nəzarət və müvafiq tapşırıqlar vermək, bölgüyə nəzarət etmək
  • Kreditlə bağlı tələb olunan sahə səfərlərini təşkil etmək
  • Baş ofis ilə həvəsləndirmə strategiyasının və marketinq planın hazırlanmasındasında  fəal iştirak etmək
  • Qızıl qəbulu prosesində iştirak edir və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza  və möhürlə təsdiq etmək
  • Heyətin idarə edilməsi ilə bağlı müvafiq təklif və qərarların verilməsi

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

  • Iqtisadiyyat / Maliyyə sahəsində ali təhsil və 3 il müvafiq sahədə təcrübə (Bank, BOKT, Lombard)
  • Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq
  • Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək

Əmək haqqı Menecer vəzifəsi üzrə 1200-2000AZN, Filial müdiri üzrə  1500-3000  AZN təyin olunur.

Əsas vəzifə və öhdəlikləri: (Kredit mütəxəssisi və Aparıcı kredit mütəxəssisi)

  • Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını həyata keçirmək;
  • Kredit portfelinə nəzarətin həyata keçirilməsi;
  • Müştərilərə təşkilatın kredit məhsulunun şərtləri barədə ətraflı məsləhət vermək;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.;
  • Müştərilərlə uzunmüddətli əməkdaşlığı təmin etmək məqsədi ilə operativ xidmət göstərmək;
  • Gecikmədə olan müştərilərlə əlaqə saxlamaq və aylıq ödənişlərin həyata keçirilməsini təmin etmək;
  • Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayəndəlik funksiyalarının həyata keçirmək.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

  • Iqtisadiyyat / Maliyyə sahəsində ali təhsil və 1 il müvafiq sahədə təcrübə ( Bank, BOKT, Lombard)
  • Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək 
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Müştərini cəlbetmə bacarığı
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq
  • Ofis proqramlarında Outlook, MS Word və Excel proqramlarında işləmək

Əmək haqqı namizədin bilik və təcrübəsindən asılı olaraq Kredit mütəxəssisi vəzifəsi üzrə 400-800AZN,  Aparıcı kredit mütəxəssisi üzrə 800-1200 AZN təyin olunacaq.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “ vəzifə adı və şəhəri göstərməklə 18 fevral 2024-cü il tarixinədək e-mail ünvanına  göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.