Mühəndis-konstruktor

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 11.12.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Vəzifənin adı: Mühəndis-konstruktor

Tələblər:

- İnşaat mühəndisliyi üzrə ali təhsil,
- İnşaat sektorunda ən az 3 il iş təcrübəsi,
- Layihələndirmə işlərini yerinə yetirilməsi üçün Lisenziya, zəlzələ üzrə Fövqəladə Hallar Nazirliyindən xüsusi vəsiqə,
- MS Office, Autocad, Lira, Ideacad, Sap200 proqramlarında işləyə bilməli,
- İnşaat norma ve qaydalarını bilməlidir,
- Layihələşdirmənin metodlarını bilməlidir,
- Layihə işlərinin təşkili və planlaşdırılmasını bilməlidir,
- İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri bilməlidir,
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir,
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir,
- Müəllif nəzarətini yerinə yetirə bilməlidir,
- Dəmir - beton , metal, ağac və plastik konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməlidir,
- Bünövrənin en kəsiyinin və qoyulma dərinliyinin təyin edə bilməlidir,
- Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir,
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulmasını bilməlidir.

İş haqqında:

- Geoloji tapşırığa görə bünövrənin en kəsiyinin və qoyulma dərinliyinin təyin edər,
- Texnoloji tapşırığa əsasən bina və qurğunun hesabi sxemini seçər,
- Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablayar,
- Hesabatın nəticəsi əsasında ekonomik cəhətdən sərfəli olan  bünövrənin, sütunların, rigellərin, tirlərin, tavanın, örtük konstruksiyalarının en kəsiyini və materialını seçər,
- Dəmir - beton , metal, ağac və plastik konstruksiya layihə cizgilərinin çəkilməsini təşkil edər,
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlini doldurar,
- Qəza vəziyyətində olan bina və qurğuların konstruksiya layihələrini yerinə yetirər,
- Təmir - tikinti işləri üçün layihə sənədlərini hazırlayar,
- Tikinti işlərinə müəllif nəzarətini həyata keçirər,
- Konstruktiv işçi layihəni sifarişə əsasən və AR-da qüvvədə olan İnşaat Norma və Qaydalarına riayyət etməklə aparar. Gigienik sanitar normalar, yanğın normaları, təxliyyə planını nəzərə alar,
- Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak edər (FHN tərkibində Tikintidə Təhlükəsizlik Agentliyinin Ekspertiza İdarəsi).

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Mühəndis-konstruktor” yazaraq [email protected]  ünvanına göndərməsi xahiş olunur.

İşəgötürənin reytinqi