Sosial media mütəxəssisi (SMM)

İşin təsviri

Öhdəliklər:

  • Sosial hesabların idarə edilməsi: Facebook, Instagram və LinkedIn kimi müxtəlif sosial şəbəkələrdə şirkətin mövcud səhifələrini idarə etmək
  • Məzmun tərtibi: müxtəlif məzmun formatlarının hazırlanması, o cümlədən press-relizlər, daxili elanlar və s., sosial media platformaları üçün orijinal məzmun (məsələn, qrafika, video) yaratmaq üçün dizayn komandası ilə birgə iş
  • İctimaiyyətlə iş: əlaqələrin qurulması və onu gücləndirmək üçün şirkətə məxsus sosial media hesablarındakı izləyicilərin şərhlərinə müvafiq cavabların verilməsiAnalitika hesabatı: sosial saytlardan istinad edilən veb trafik də daxil olmaqla bütün mənbələrdən əldə edilən məlumatların toplanması, daha sonra uğur və təkmilləşdirməyə ehtiyac duyulan sahələrin əks olunduğu müntəzəm hesabatların hazırlanması
  • Sosial şəbəkə hesablarının optimallaşdırılması: paylaşımların maksimum istifadəçi kütləsinə çıxışı üçün müxtəlif sosial media idarəetmə alətlərindən istifadə etmək
  • Biznes şəbəkəsi: Brendin və şirkətin xidmətlərini tanıtmaq üçün potensial müştərilər və sənaye mütəxəssisləri ilə biznes şəbəkəsinin qurulmasıKampaniyalar: Marketinq materiallarının planlaşdırılmasına rəhbərlik etmək; strateji marketinq və kommunikasiya kampaniyalarının inkişafı və həyata keçirilməsində birbaşa iştirak
  • Təmsilçilik: Şirkətin brendini, üslubunu, siyasətlərini və proseslərini dərindən başa düşmək və aidiyyəti üzrə tədbiq etmək, müxtəlif konfrans və tədbirlərdə şirkəti təmsil etmək

Tələblər:

  • Kütləvi kommunikasiya, ictimaiyyətlə əlaqələr, marketinq üzrə bakalavr dərəcəsi Sosial media və marketing sahəsində 2-3 il iş təcrübəsi
  • Rəqəmsal marketinq və ya SMM üzrə peşəkar sertifikatlar üstünlükdür.
  • Yazı, montaj (foto/video/mətn), təqdimat və ünsiyyət bacarıqları
  • Ən son sosial media trendləri ilə tanışlıq və onlardan istifadə təcrübəsini sahib olmaq
  • Yaradıcı düşüncə, məzmun və kampaniyalar üçün innovativ marketinq ideyalarına müəyyən etmə bacarığı
  • Populyar analitik platformalar (məsələn, Google Analytics) və bu mənbələrdən alınan məlumatların təhlili haqqında biliklərə sahib olmaqMəzmun yazma bacarığı
  • Brending kompaniyaları ilə bağlı təcrübə
  • Texnoloji biliklər, o cümlədən MS Office, dizayn proqramları və s.;
  • Brending kompaniyaları ilə bağlı təcrübə

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “SMM” qeyd etməklə elektron poçt ünvanına göndərin.

İşəgötürənin reytinqi