Layihələrin idarə edilməsi və texniki şöbənin rəisi (baş mühəndis)

  • ND Company
  • Elanın qoyulma tarixi: 18.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yerinə yetirəcəyi işlər:

  • Podrat müqavilələrinin bağlanmasında birbaşa iştirak etmək və texniki şəhadətnamələrin tətbiqinə nəzarət etmək;
  • Layihədəki Briqadaların hesabatlarının və iş həcmlərinin analizi və rəhbərliyə təqdim olunması;
  • Sahədən göndərilən Günlük hesabat formalarının analizi və rəhbərliyə təqdim olunması;
  • Sifarişçiyə təqdim olunan İPC-lərin hazırlanması;
  • Aylıq və İPC-yə görə hazırlanmış Texniki Hesabatların analizi və təsdiq olunması;
  • Layihə ilə bağlı texniki problemlərin həlli üçün Sifarişçi ilə birbaşa müzakirələrin aparılması;
  • BOQ-lərin hazırlanması;
  • Layihə Smeta hesabatlarının yoxlanılması və təsdiqi;
  • Sifarışçilər tərəfindən təqdim olunan smeta sənədləşməsini, material, nəqliyyat sxemlərinin və s. dəyərlərin kalkulyasiyasını yoxlayıb razılaşdırmaq;
  • Əsaslı tikinti üzrə işlərin görülməsini, investisiya resurslarından məqsədəuyğun və səmərəli istifadəni təmin etmək;
  • Sifarişçilərin və normativlərin tələblərinə uyğun olaraq, tabeliyində olan müəssisələr və layihələrin anoloji şöbələrinə vaxt-vaxtında işçi sənədlərin, işlərin ardıcıl aparılması layihələrinin, aparılmış işlərin qeydiyyatı jurnallarının, zəruri olan digər sənədlərin və xüsusiləşdirilmiş jurnalların  təqdim olunmasını təşkil etmək;
  • İnşa edilən obyektlərin qüvvədə olan qanunvericilik aktları çərçivəsində texniki tapşırıqlara, dövlət standartlarına, tikinti norma və qaydalarınin tələblərinə, təhlükəsizlik texnikasına uyğunluğunu təmin etmək;
  • İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat layihəsini vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq  icra etmək və layihənin əvvəldən axıra kimi koordinasiyasını təmin etmək;
  • Tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun aparılmasına nəzarət etmək;

Tələblər:

  • Ali texniki təhsil və tikinti və ya layihə təşkilatlarında mühəndis-texniki və rəhbər vəzifələrində ixtisas üzrə iş təcrübəsi 
  • 5 ildən az olmayaraq iş təcrübəsi.
  • Ofis proqramlarını, AutoCad, AutoCad Civil 3D proqramlarını bilmək; Revit bilgisi əlavə üstünlükdür.

İş şəraiti:

  • 5 günlük iş həftəsi, iş rejimi 09:00-18:00
  • Nahar və telefon danışığı ilə təmin edilir.

CV-ləri e-mail ünvanına texniki şöbənin rəisi (baş mühəndis başlığı ilə göndərməyiniz xahiş olunur.