Bazar araşdırması üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Potensial tikinti və özəl investisiya layihələri üçün müvafiq bazarların dövri təhlili
  • Məhsul və sektor üzrə bazar araşdırması aparmaq
  • Müxtəlif tədqiqat metodlarından istifadə edərək biznes təhlili üçün gərəkli olan informasiyanı əldə etmək
  • Müştərilər, rəqiblər və bazar haqqında məlumat toplamaq və məlumatları müvafiq olaraq hesabatlar və təqdimatlar şəklində birləşdirmək;
  • Biznes planların hazırlanmasında və investisiya təhlillərinin aparılmasında iştirak etmək
  • Tikinti bazarı tendensiyaları və hədəf bazarlarda potensial biznes imkanları haqqında məlumatlı olmaq

Namizədə tələblər: 

  • Mark eting və müvafiq sahədə təhsil
  • Təsdiqlənmiş bazar tədqiqatı və təhlili təcrübəsi;
  • Böyük həcmdə verilənləri şərh etmək və həcmli tapşırıqları yerinə yetirmək bacarığı
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • Məlumat toplama üsulları haqqında müvafiq biliyə sahib olma
  • Axtarış motorlarından, veb-analitikadan və biznes tədqiqat alətlərindən istifadə etmək bacarığı
  • Dil bilikləri: Azərbaycan və ingilis dilləri (Rus dili üstünlükdür)

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Bazar araşdırması üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərin.

İşəgötürənin reytinqi