Texniki ofis mühəndisi

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 17.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sahənin işlərin yerinə yetirilməsi üçün lazım olan bütün sənədlər və materiallarla təmin edilməsi;
  • Gündəlik izləmə cədvəlləri, fəaliyyətin təhlili, davamiyyət daxil olmaqla, personalın idarə edilməsinə (sahə işçiləri) nəzarət etmək.
  • Tikinti üzrə sənədləşmənin və risk qiymətləndirilməsinin hazırlanması və ərazi üçün lazımı iş metodologiyasının hazırlanıb tətbiq edilməsi;
  • Sahə üzrə çertyoj və sxemlərin hazırlanması;
  • Əməyin mühafizəsi üzrə işlərin görülməsini tələb etmək;
  • Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi;
  • Subpodratçılarla mütəmadi olaraq əlaqə saxlamaq və subpodratçıya aid işlərə dair iş tələbinin hazırlanmasına kömək etmək;
  • Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək;
  • Bütün tələb olunan daimi materiallar üçün tələb sənədlərini hazırlamaq, materialların təminatı və təsdiq prosesini izləmək;
  • Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflərin verilməsi, proseslər arasında ziddiyyət yarandıqda bu barədə lazımı şəxslərə məlumat vermək;
  • İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə hesabat vermək;
  • Texniki ofis üzrə siyasət və prosedurlarının həyata keçirilməsində iştirak etmək;
  • Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq (vaxt cədvəli, layihə dizayn çertyojları, BOQ və s.).
  • Tikinti zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin həllində iştirak etmək/məlumat vermək;
  • Layihənin sonunda yekun hesabatların hazırlanması və layihə məsləhətçisinə təhvil verilməsi;

Tələblər:

  • İnşaat sahəsində ali təhsil
  • Tikinti layihələrinin idarəedilməsi üzrə 5 il iş təcrübəsi
  • MS Office, AutoCAD 2D/3D, üzrə yaxşı səviyyədə, Autodesk Revit, Oracle primavera üzrə isə ümumi biliklər.
  • İngilis dili üzrə yazılı və şifahi bilik. Rus dil biliyi üstünlükdür.

İş şərtləri:  

  • İş qrafiki: Tam iş günü (5 gün);  
  • İş yeri (Bakı); 
  • İş saatları: 09:00-18:00; 
  • Könüllü tibbi sığorta;  
  • Ezamiyyətlərə açıq olmalı;
  • Əmək haqqı rəqabətə davamlı 
  • Yaş həddi: 30-45 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki ofis mühəndisi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.