Mühasib

İşin təsviri

İş rejimi: 5 günlük (bazar ertəsi-cümə günü)

İş vaxtı: 09:00-dan 18:00-dək

İstirahət günləri: şənbə və bazar 

Əmək haqqı: 1000-1200 manat

Vəzifə öhdəlikləri:

  • Şirkətin və müştəri şirkətlərin rəhbərlərinin müəssisəyə dair maliyyə-mühasibatlıq tapşırıqlarını icra edilməsi.
  • Müştəri şirkətlərin elektron qaimələrinin göndərilməsi, müştəri bankinqlə bağlı bütün əməliyyatların (hesab açılması, kart sifarişi, əmək haqqı köçürməsi və s.) icra edilməsi.
  • Şirkətlər üçün kassa və POS-terminal sifariş edilməsi, təsərrüfat obyektlərinin uçota qoyulması.
  • Şirkətlərin vergi, statistika və DSMF hesabatlarının aidiyyatlı dövlət orqanlarına vaxtında təqdim edilməsi.
  • Gələn uyğunsuzluq məktublarının qanunvericiliyə uyğun cavablandırılması, Vergi Orqanı ilə rəsmi yazışmaların aparılması.
  • Maliyyə hesabatlarının hazırlanması, aidiyyəti üzrə təqdim edilməsi.
  • Şirkətlərin göndərilən və gələn elektron qaimələrinin, alış aktlarının, Bank əməliyyatlarının, ƏDV depozit hesabının, Yük-gömrük bəyannamələrinin 1C proqramı vasitəsilə standartlara uyğun yığılması.
  • Şirkətlərdə istehsal olunan məhsulların vahidinə tələb olunan xammal və material sərfi normalarının əlaqədar şəxsdən(şəxslərdən) tələb edilməsi.

Namizədə tələblər:

  • Ali təhsilli;
  • Yaş məhdudiyyəti: 25-40 arası
  • Azərbaycan dilində mükəmməl, rus dilini orta səviyyədə bilmək;
  • Azərbaycan Respublikasının Verqi Məcəlləsini və Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını bilməli;
  • Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək;
  • 1C (8.3) mühasibatlıq proqramında və BTP proqramında işləmək bacarağı; 
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq və stressə davamlılıq kimi müsbət göstəricilərə sahib olmaq; 
  • Analitik təhlil bacarığı.
  • Mühasibatlıq sahəsində azı 1.5 il iş stajının olması.

Maraqlananlar CV-lərini elektron ünvanına 18.01.2024-cü il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “Mühasib” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.