Tibbi nümayəndə- Satış təmsilçisi

  • Xəzinəmed
  • Elanın qoyulma tarixi: 12.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

XƏZİNƏMED MMC olaraq dünyaca tanınan və mərkəzi Fransada yerləşən dermakosmetik markalar olan BİODERMA, ETAT PUR, INSTITUT ESTHEDERM və eləcə də  Almaniya istehsalı əlavə qida maddələri sayılan  Velavit  brendinin Azərbaycanda rəsmi distributoruyuq. Hər il böyüyən komandamıza aşağıdaki xüsusiyyətlərə sahib tibbi satış nümayəndəsi axtarışındayıq:

İşin təsviri və tələblər:

  • Universitet məzunu ,
  • Dərman sektorunda işləmiş və minimum 2 il iş təcrübəsi olan,
  • Azərbaycan və Rus dillərini səlis danışan,
  • Diqqətli, gülərüzlü, səbrli, məsuliyyətli və təşəbbüskar olmalı,
  • Ehtiyac olduğu zaman səyahət edə bilən,
  • Hərəkətli iş rejimində işləməyi bacaran,
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirə bilən,
  • Şirkətə yeni həkimlər qazandıra bilən,
  • Səliqəli xarici görünüşə, nəzakətli danışığa və təqdimat qabiliyyətinə malik olmalı

Vəzifələr:

  • Cavabdeh olduğu Özəl klinikaları, satış mərkəzlərini- həkimlərini  müntəzəm ziyarət etmək və firma məhsullarının reseptlə yazılmasını və satışını təmin etmək,
  • Cavabdeh olduğu bölgələrdə məhsulların satışına nəzarət etmək,
  • Dermatoloq və həkim kosmetoloq bazasını müntəzəm olaraq yeniləmək,
  • Rəqib analizi aparmaq,
  • İndividual fəaliyyət planını həyata keçirmək,
  • Seminar və prezentasiyalar təşkil etmək və keçirmək,
  • Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.

İş şərtləri:

  • 5 günlük iş norması (şənbə və bazar istirahət)
  • İş vaxtı : 09:00 – 18:00
  • Əmək haqqı  danışıqlara əsasən olacaq + Bonus
  • Seçilən namizədlər peşəkarlar tərəfindən keçirilən təlimdən sonra işlə təmin olunacaqdır.

Maraqlanan şəxslərin mail adresinə CV göndərməkləri xahiş olunur.