Hüquq məsləhətçisi

  • AzSigorta
  • Elanın qoyulma tarixi: 11.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası. Qanun mahiyyətli sənədləri işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir. Müəssisənin hüquqi işlərə metodiki rəhbərlik edir, struktur bölmələrə, ictimai təşkilatlara hüquqi yardım göstərir, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak edir. Müəssisənin bölmələrinin iştirakı ilə mənimsənilmə, israfçılıq, çatışmazlıq, keyfiyyətsiz, standartdan kənar, komplektləşdirilməmiş məhsul buraxılması və başqa qanun pozuntuları haqqında istintaq və məhkəmə orqanlarına verilməsi üçün istehsalatda olan sənədləri hazırlayır, icrası qurtarmış məhkəmə, işlərinin hesabını və mühafizəsini aparır. Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir. Məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir, eləcə də müəssisə, idarə və təşkilatların təsərrüfat maliyyə fəaliyyətinin yaxşılaşdırılması, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması haqqında müvafiq təkliflərin işlənib hazırlanması məqsədi ilə, müqavilələrin bağlanılması və yerinə yetirilməsi təcrübəsini öyrənir. Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirir. Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verir, müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də debitor və kreditor borcların məsələlərinin baxılmasında iştirak edir. İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edir. Başqa bölmələrlə birgə müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və digər normativ aktlara dəyişikliklər edir və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlayır.

Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatlar aparır. Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də müəssisə, idarə və təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Qanunun tətbiqi üzrə iş aparır. Müəssisənin fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə vəzifəli şəxsləri tanış edir. Müəssisənin işçilərinə carı qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verir. Məhkəmə proseslərində iştirak edir.

Bilməlidir: yuxarı orqanların qərar, sərəncam, əmrlərini, müəssisənin hüquq fəaliyyətinə aid olan metodiki, normativ və başqa rəhbər materialları, qüvvədə olan qanunvericiliyi; mülki, əmək və inzibati hüququ; qanunvericilik və normativ aktlar üzrə sorğu məlumat işini; müəssisə, idarə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyəti haqqında hesabatların tərtib edilmə qaydalarını; təsərrüfat müqavilələrinin rəsmiləşdirmə və bağlama qaydasını; iqtisadiyyatın, istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

  • İş təcrübəsi 5 il iş təcrübəsinin olması;
  • Dil bilikləri : Azərbaycan dilini yüksək səviyyədə bilməlidir Rus dili orta səviyyədə
  • Kompüter bilikləri : MS Office proqramlarından yaxşı səviyyədə istifadə edə bilməlidir;
  • Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/məlumatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti,  etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik ,təşəbbüskarlıq

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu sətrində “ Hüquqşünas ” qeydi edərək elektron ünvanına göndərməyi xahiş edirik. Mövzu hissəsi boş olan CV-lərə baxılmayacaq.