Hüquq məsləhətçisi

İşin təsviri

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Şöbənin fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin layihələrini hazırlamaq;
  • Qərar, əmr, sərəncam, müqavilə, məktub, digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
  • Struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək;
  • Məhkəmələrdə şirkəti təmsil etmək;
  • Şöbənin icraatında olan işlərə  qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
  • Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək;
  • Daxili tənzimləyici sənədlərin layihəsini hazırlamaq, digər hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərini yerinə yetirmək; 
  • Qanunvericiliyə uyğun olaraq kommersiya sirri, digər konfidensial və xidməti məlumatları qorumaq;
  • Peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində görülən tədbirlərdə iştirak etmək;
  • Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək

Tələblər:

  • Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Azərbaycan-səlis, rus və ingilis dilləri biliyi arzu olunandır
  • MS Office proqramları biliyi 
  • Məsuliyyət, təşkilatçılıq və qərarvermə bacarıqları;
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Mülki, mülki-prosessual, əmək, qeyri-dövlət (özəl) mühafizə, daşınmaz əmlak sahəsində qanunvericiliyi mükəmməl bilmək. Vəkillərə üstünlük verilir.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Daxil olan müraciətlər dəyərləndiriləcək və yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi