Kiçik mühasib

  • TBC Kredit
  • Elanın qoyulma tarixi: 11.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

Başlıca vəzifə öhdəlikləri: Gündəlik maliyyə-təsərrüfat əməliyyatların icrası.

  • Bank, kassa və digər əməliyyatların ilkin sənədlər əsasında mühasibatlıq proqramında vaxtında və düzgün qeyd olunması;
  • Şirkət daxili muhasibat sənədləşməsinin, sənədlərin arxivləşmənin düzgün aparılmasına, alt sənədlərin hesabatlara düzgün işlənməsinə və yerində qruplaşmasına nəzarət etmək;
  • Kreditor və debitor borclar üzrə ödənişlərin həyata keçirilməsi;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılmasında, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsində iştirak etmək və proseslərə nəzarət etmək.

Namizəddən gözləntilərimiz:

  • Təhsil: Ali təhsil (Mühasibat uçotu, Maliyyə ixtisası üzrə olması üstünlükdür)
  • Dil bilikləri: Azərbaycan dili, rus dilində biliklərin olması arzuolunandır

Müvafiq sahə üzrə biliklər:

  • Mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
  • Vergi məcəlləsi üzrə nəzəri və praktiki biliklər.

İT bilikləri:

  • MS ofis proqramları üzrə (MS Excel, MS Word) sərbəst istifadə bacarığı
  • 1C mühasibatlıq proqramında işləmək bacarığı və proqramla iş üzrə minimum 1 il təcrübə.
  • Loan Workbench sistemində işləmək bacarığı arzuolunandır.

İş təcrübəsi: Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi  

Son müraciət tarixi 10.02.2024-cü il

 

Zəhmət olmasa, CV-nizi, email-in mövzu hissəsində vəzifənin adını qeyd etməklə e-mail ünvanına göndərin. Yalnız vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün, müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın.

İşəgötürənin reytinqi