SƏTƏM üzrə mütəxəssis

İşin təsviri

Əsas Tələblər:

  • Təhsil: Bakalavr və ya daha yüksək
  • Yaş: 27-45
  • Cinsi: Kişi
  • İş təcrübəsai: 4 ildən artıq

İş saatları: 

  • Bazar ertəsi-Şənbə: 08:00-18:00 
  • (Qeyd: İş yeri sahədə olacaq)

Vəzifə və Məsuliyyətlər:

  • Sağlamlıq və təhlükəsizlik strategiyalarını, prosedurlarını hazırlamaq və daxili siyasətləri hazırlamaq; Sahənin təhlükəsizliyi proqramını həyata keçirmək;
  • İşçiləri potensial təhlükəli iş üsullarından, proseslərdən və ya materiallardan qorumaq üçün tədbirlər tövsiyə etmək;
  • Səbəbləri müəyyən etmək və gələcəkdə belə hadisələrin qarşısının alınmasının yollarını müəyyən etmək üçün insidentlərin araşdırılmasında iştirak etmək;
  • Havalandırma, egzoz avadanlığı, işıqlandırma və işçilərin sağlamlığına, rahatlığına və ya fəaliyyətinə təsir göstərə biləcək digər şərtlərin adekvatlığını araşdırmaq;
  • SƏTƏM standartlarına və hökumət qaydalarına uyğunluğu təmin etmək üçün iş yeri mühitini, avadanlıqların işə yararlığını yoxlayıb və qiymətləndirmək;
  • SƏTƏM üzrə təlim və təhsil proqramları keçirmək və təhlükəsizlik avadanlıqlarından istifadəni nümayiş etdirmək;
  • Yeni işə qəbul edilmiş işçilərə təhlükəsizlik texnikası üzrə təlimatların keçirilməsi;
  • Risklərin qiymətləndirilməsi və sahənin təhlükəsizliyi üzrə yoxlamaların aparılması;
  • Potensial təhlükələrin müəyyən edilməsi, bir sıra ixtisaslaşmış sahələr üzrə məsləhətlər verilməsi, məsələn, yanğın qaydaları, təhlükəli maddələr, səs-küy, mexanizmlərin mühafizəsi və peşə xəstəlikləri;
  • Risklərin azaldılması yollarının müəyyən edilməsi;
  • Statistikanın tərtib edilməsi;
  • İşçilər/menecerlər qruplarına təqdimatların edilməsi;
  • Mövcud sağlamlıq və təhlükəsizlik qanunvericiliyinə uyğunluğun təmin edilməsi və yenilənməsi.
  • SƏTƏM ilə bağlı sənədləri, TRA, JSA hazırlamağı bacarmalı və həmçinin tələb olunduqda mövcud sənədlərə yenidən baxmağı bacarmalıdır.

Tələblər və Bacarıqlar:

  • Bakalavr dərəcəsi;
  • Külək Enerjisi Stansiyasında təcrübə üstünlükdür;
  • 4 il təcrübə;
  • IOSH sertifikatı;
  • İSO 45001:2018;
  • İlkin tibbi yardım sertifikatı;
  • Yanğınla Mübarizə sertifikatı;
  • İngilis dili biliyi – rəsmi yazışmaların aparılması.

CV-ni mövzu hissəsində “Sətəm üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

Yalnız vəzifənin adı qeyd olunan CV-lərə baxılacaq.

Beta Consortium LLC tərəfindən digər vakansiyalar