SƏTƏM üzrə məsləhətçi

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 10.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası: 

  • Sahədə işçilərə iş öncəsi əməyin mühafizəsi ilə bağlı günlük təlimatların keçirilməsinə nəzarət edir (bəzilərində iştirak edir), təlimat sənədlərinə nəzarət edir.
  • Zavodda baş vermiş qəzalar zamanı xəsarət alan işçilərə ilkin tibbi yardım göstərilməsində və hadisənin baş vermə səbəbinin araşdırılmasında iştirak edir, işçilərə maarifləndirici məlumatlar verir;
  • Zavod ərazisində istifadə olunan elektrik əl alətləri, yükqaldırma aksesuarları, yanğın söndürmə balonlarının vəziyyətini, Yanğınsöndürmə ləvazimatlarının işlək vəziyyətdə olduğunu yoxlayır, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirir;
  • Ətraf mühitin mühafizəsinə və işçilərin sanitar gigiyena qaydalarına əməl etmələrinə nəzarət edir;
  • Həyat və sağlamlıq üçün təhlükəli olan yerləri xəbərdaredici  nişanlarla işarələyir, təmir gedən əraziləri xüsusi lentlə ayırır, zavod ərazisində sair məlumatverici lövhələr, yazılar asır;
  • İş yerlərində işçilərin FMV-dən istifadə etmələrinə, təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət edir, qayda pozuntusu edən işçilər haqqında xəbərdarlıq forması yazır;
  • Yeni işə girən işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında Giriş təlimatı keçir və xüsusi qeydlər aparır;
  • Görülən işlər haqqında hesabat verir;
  • Ərazidə rastlaşdığı təhlükəli vəziyyət və təhlükəli  iş şəraiti ilə bağlı uyğunsuzluqları müşahidə edərək müvafiq formada tərtib edir, normal iş şəraitin yaradılmasına nəzarət edir;
  • Təşkil olunmuş SƏTƏM yürüşlərində iştirak edir;
  • Zavoda ziyarətə gələn qonaqlara təhlükəsizlik qaydaları haqqında təlimat keçir, FMV ilə təmin edir;

Bilməlidir:

  • Daxil intizam qaydalarını;
  • Əməyin mühfizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını;
  • Əməyin Mühafizəsi və Ətraf Mühitlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq təşkilatların hüquqi normativ sənədlərini və beynəlxalq standartları (İSO 45001, İSO 14001 və s):
  • Müəssisədə tətbiq olunan prosedur və formaların tələblərini və istifadə qaydalarını:

İş qrafiki: 

  • Həftədə 6 gün / 6.5 saat: Növbəli iş qrafiki ( 1-ci növbə- 08:00-16:00, 2-ci növbə- 16:00-00:00, 3-cü növbə 00:00-08:00) 
  • İstirahət günü: Bazar günü

Namizədə tələblər: 

  • Ali təhsil / Texniki sahə üzrə 
  • İngilis dili mükəmməl bilməli, rus dili arzu olunandır.
  • Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq sertifikatların olması vacibdir. 
  • Anoloji sahə üzrə ən azı 1 il iş təcrübəsi
  • Kişi namizədlər müraciət etməlidir. 

Namizədlərin dəyərləndirilmə prosesi:

  • Birinci mərhələ- IQ test, komputer biliklərinin yoxlanılması -MC office 
  • İkinci mərhələ-SƏTƏM şöbə rəisi və İnsan resursları Şöbə rəisi ilə müsahibə 
  • Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul 

Təminatlar:

  • Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir; 

Qeyd: Tələblərə uyğun gələn namizədlər  CV-lərini “SƏTƏM üzrə məsləhətçi” başlığı altında qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur. 

Ünvan:  Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı. 

Əlaqə nömrəsi: +994 12 377 44 44