Smeta üzrə mütəxəssis

  • SR Group Co MMC
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 10.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil (müvafiq sahədə)
  • Azərbaycan, Rus dili biliyi
  • 28-40 yaş həddi
  • Müvafiq sahədə iş təcrübəsi 3 ildən az olmamaq şərtilə (tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək)
  • Kompüter bilikləri (1 C 7.7/8.3 UPP)
  • Analitik düşünmə qabiliyyətinə malik olmalı, diqqətli, gərginliyə davamlı

Vəzifələr:

  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
  • Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki normativ sənədləri;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
  • Layihələşdirmə və tikinti işində qabaqcıl təcrübəni;
  • Kompyuter Bilikləri: MS Office proqramlarında və 1C proqramında (7.7/8.3) sərbəst istifadə bacarığı;
  • Riyazi biliklərə mailk olmaq və iş prosesində tətbiq etmək;
  • Layihələşdirmənin metodlarını; 
  • Layihə işlərinin təşkili və planlaşdırılmasını;
  • Layihə proseslərini və nəticələri qiymətləndirmək və dəyərləndirmək;
  • İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri; şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində məhəlli və yerli təbii, iqtisadi, sosial və digər şərtləri;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
  • Rəhbər şəxsləri və icraçıları əlaqələndirməklə əməkdaşlıq etmək.

Bilməlidir:

  • Tikinti materiallarının növləri və xüsusiyyətlərini
  • Tikinti texnologiyasını
  • Tikinti norma və qaydalarını, material sərfi normalarını
  • Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işlərin həcmlərinin təhlili və hesablanmasını
  • Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV elektron ünvana təqdim edə bilərlər.

İşəgötürənin reytinqi