Problemli kreditlərlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi

  • MJ Finance
  • Elanın qoyulma tarixi: 10.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Fiziki şəxslərə aid problemli kreditlər üzrə məhkəməyəqədər mərhələdə iş aparır:
  1. ödənişlərin bərpa edilməsi məqsədilə öhdəliklərini yerinə yetirməyən müştərilərlə, onların  zaminləri və ailə üzvləri ilə əlaqə yaradır, müvafiq yazışmaları həyata keçirir, zəruri olduqda onların ev, iş, biznes ünvanlarına səfərlər edir və görüşlər keçirir;
  2. öhdəliklərini yerinə yetirməyən müştərilərin (əsas borclu və zamin/lər) mülkiyyətində olan əmlakları və gəlirləri barədə zəruri informasiya əldə etmək məqsədilə müvafiq orqanlara mütəmadi olaraq sorğu göndərir.
  • İcraatında olan məhkəməyə qədər borcu qaytarmayan müştərilərlə aparılmış işin müsbət nəticəsi olmadığı halda müəyyən edilmiş gün müddətində işin məhkəməyə hazırlanması üçün işi aidiyyatı şəxslərə təqdim edir; 
  • İcra mərhələsində olan problemli kreditlərlə aşağıdakı qaydada iş aparır:
  1. icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün yerli icra qurumlarının icra məmurları ilə əlaqə yaradır, icra hərəkətlərinin aparılması ilə bağlı icra qurumuna yazılı və şifahi müraciətlər və vəsatətlər verir;
  2. fərdi qaydada və ya icra məmurları ilə birgə borcluların ünvanına, yaşayış və iş yerlərinə, əmlakının olduğu yerlərə səfərlər edir və ya bu tədbirlərdə icra məmurlarını müşayiət edir;
  3. borclunun yaşayış və faktiki olduğu yerinin, eləcədə borclunun əmlakının olduğu yerin müəyyən edilməsində, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda onun digər əmlakının və gəlirlərinin aşkar edilməsi ilə bağlı tədbirlərdə icra məmuru ilə qarşılıqlı əməkdaşlıq edir, yazışmalar aparır və icra məmurunu lazımi məlumatlarla təmin edir;
  4. borculunun əmək haqqına, pensiyasına və digər gəlirlərinə, eləcə də əmlaklarına tutmanın yönəldilməsi olduqda bu istiqamətdə (əmlakın qiymətləndirilməsi, hərracın keçirilməsi və hərrac nəticəsinin rəsmiləşdirilməsi) BOKT-ni təmsil edərək, müvafiq işləri təşkil edir.
  • İşin məhkəməyə verilməsindən sonra müştəri və zaminlərlə mütəmadi olaraq əlaqə yaradır və məhkəmə prosesini nəzərdə saxlayır;
  • BOKT-ni ixtisaslaşdırılmış hərraclarda təmsil edir, əmlak BOKT-nin balansına götürülə bilərsə, təklifi hazırlayaraq rəhbərliyin müzakirəsinə çıxarır, hərracla bağlı bütün prosesləri təşkil edərək bütün növ sənədləşmə və yazışmaları aparır;
  • Məhkəmə qərarlarının icra mərhələsində əmlakın qiymətləndirilməsi prosesində iştirak edərək, BOKT-ni təmsil edir, bütün növ sənədləşmə və yazışmaları aparır.
  • İcraatında olan işlərlə bağlı bütün yazışmaların müvafiq qeydiyyatını aparmaqla surətini işə əlavə edir və görülmüş işləri barədə BOKT-nin proqramında müvafiq qeydlər aparır;
  • Borcların yığılmasının nəticələri və onların cari statusu, cari borclu müştərilər barədə və tələb olunan digər məlumatlara dair hesabatlar tərtib edərək vaxtlı-vaxtında şöbə müdirinə təqdim edir;

Tələblər:

  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
  • Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
  • Sürücülük vəsiqəsi;
  • Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
  • İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

  • Əmək haqqı: 600 AZN+bonus
  • İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00

CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi” başlığı altında e-mail ünvanına göndərməyiniz xahiş olunur.

 Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır