Texniki dəstək mütəxəssisi

  • Ram Holding
  • Elanın qoyulma tarixi: 09.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil (İT sahəsi üzrə);  
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;  
  • Windows əməliyyat sistemində işləmə bacarığı; 
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Windows Server, Active Directory və Group Policy haqqında xəbərdar olmaq;
  • Ethernet, IP və şəbəkə cihazlarının iş prinsipləri barədə məlumatlı olmaq;
  • E-poçtun quraşdırılması və konfiqurasiyası; 
  • İnformasiya təhlükəsizliyi üzrə nəzarət çərçivələrini və tədbirlərini bilmək;
  • Turniket, AP, Access Control,  Switch, Network Printers, Scanners, Cameras və s. avadanlıqların sazlanması üzrə biliklər;     
  • Ezamiyyətlərə getməyə hazır olmaq.

Vəzifə öhdəlikləri:  

  • İstifadəçilərin daxil olan müraciətlərinin icrasını həyata keçirir; 
  • Bitrix və Helpdesk portalında işləmə bacarığı; 
  • Problem və insidentlər (onların həlli) barədə məlumatları sistemə daxil edir;
  • Holdinqin kompyuter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də bu zaman ortaya çıxan nasazlıqların aradan qaldırılması;
  • Xidmət zamanı qarşılaşılan problemlər barəsində rəhbərliyə məlumat vermək; 
  • Yeni kompüterlərin hazırlanması və proqram təminatları ilə təmin edilməsi;
  • Lazım olan avadanlıqların tələbi haqqında rəhbərliyə yazılı məlumat vermək; 
  • Təhlükəsizlik kameralarının qurulması, texniki dəstəyi; 
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1108 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.   
  • Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki dəstək Mütəxəssisi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.