Kopirayter

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (Dilçilik, jurnalistika və ya Azərbaycan dilinin filologiyası ixtisası üzrə ali təhsil almış namizədlərə üstünlük verilir)
  • Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst ) digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: kopirayter və ya metodologiya sahəsində  6 aydan az olmayaraq iş stajı. 
  • Analitik düşüncə qabiliyyəti və analiz etmə bacarığı. 
  • Punktual və ünsiyyətcil olması. 
  • Fikirləri strukturlaşdırmağı və düzgün mətnləşdirməyi bacarmaq;

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətini tənzimləyən daxili normativ sənədləri aidiyyəti struktur bölmələrlə birgə hazırlamaq, yeniləmək və onların təkmilləşdirilməsi işində iştirak etmək;
  • Normativ sənədlərin reyestrini təşkil etmək və aparmaq;
  • Görülən işlərin qeydiyyatının aparılması və təqdimatların hazırlanması;
  • İcraatında olan normativ sənədlərin icra statusu ilə bağlı dövri hesabatlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi, dəyişikliklərin aydın göstərilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasının təmini
  • Mətnlərin hazırlanması və ya redaktə edilməsi.

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza 

Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “kopirayter " adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.