Mühasib öz fəaliyətini “Mühasibat Uçotu” üzrə Qaydalara, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla həyata keçirir
Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Proseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
Filial tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesabında düzgün əks etdirir;
Filialın təsərrüfat fəaliyyətində material, əmək və maliyyə rejiminə ciddi riayət edir;
Mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edir;
Daxil olan pul vəsaitlərini mühasibat uçotu hesablarında əks etdirir;
Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfat daxili ehtiyyatların aşkara çıxarılması məqsədilə mühasibat uçotu və hesabat məlumatları üzrə Filialın maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini təmin edir;
Debitor borcların yığılması üçün zəruri tədbirlər görür və debitor borcların yığılmasını təmin edir;
Sahəsinə aid olan Məcəllələr, Qərarlar və digər zəruri iş alətləri üzrə yeniliklər barədə daim məlumatlı olur və həmkarları ilə paylaşır;
Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Tələblər:
Müvafiq regional filialın Maliyyə şöbəsinin mühasibi vəzifəsinə təyin olanan şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
Ali və ya orta ixtisas (maliyyə üzrə) təhsilli olmalı;
Sahəsi üzrə ən azı 1 il iş stajı olması arzuolunandır;
“Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını bilməli;
Mühasibat sahəsinə aid olan sənədlərin tərtib etmə bacarıqlara malik olmalı;
Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri düzgün istifadə etməyi bilməli;
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmalı;
Kompüter bilikləri üzrə: MS Office (xüsusilə MS Exel), mühasibat proqramlarını və Outlook proqramları üzrə istifadə etmə bacarığının olması;