İşin təsviri
Vəzifələr və məsuliyyətlər:
- Gündəlik maliyyə və mühasibat əməliyyatlarını 1C və ya digər uçot proqramlarında qeyd etmək.
- Bank, kassa və digər pul əməliyyatlarını uçota almaq, müvafiq sənədləri tərtib etmək.
- Mal-material, əsas vəsait, xidmət və digər təsərrüfat əməliyyatlarının düzgün uçotunu təmin etmək.
- Əməkhaqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanmasında iştirak etmək.
- Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına kömək etmək.
- Mühasibat sənədlərinin (faktura, qaimə, akt, müqavilə və s.) düzgün tərtib və arxivləşdirilməsini təmin etmək.
- Aylıq dövriyyə və balans məlumatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Daxili nəzarət və maliyyə intizamının qorunmasına nəzarət etmək.
- Maliyyə şöbəsinin fəaliyyətinə aid digər tapşırıqları yerinə yetirmək.
Tələb edilən bacarıqlar və təhsil:
- Ali və ya orta ixtisas təhsili (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində arzuolunandır).
- Mühasibatlıq və ya maliyyə sahəsində ən azı 1-2 il iş təcrübəsi.
- 1C, MS Excel və digər mühasibat proqramlarında sərbəst işləmə bacarığı.
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini və mühasibat uçotu qaydalarını bilməli.
- Diqqətli, məsuliyyətli və analitik düşüncəyə malik olmalı.
- Komandada işləmək və məlumatlarla işləyərkən dəqiqlik nümayiş etdirmək bacarığı.
İş şəraiti
- Əmək haqqı: 900-1000 Azn
- İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
- İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV fomalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə “Mühasib” qeyd edərək göndərə bilərlər.