Kontent üzrə aparıcı mütəxəssis

  • Access Bank
  • Elanın qoyulma tarixi: 07.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • AccessBank brendinin “səs” tonuna uyğun olaraq aydın, və cəlbedici mətnlərin yazılması;
  • Ənənəvi və onlayn media kampaniyaların ehtiyacları üçün satış və müştəri yönümlü reklam mətnlərinin yazılması və redaktə edilməsi;
  • Müəyyən edilmiş hədəf auditoriyasına uyğun olaraq, onları hərəkətə keçirməyə sövq edən, cəlbedici başlıqların, sloqanların və məzmunların tərtib edilməsi
  • Axtarış, sosial media və veb bannerlərinə aid reklam mətnlərinin hazırlanması, həmçinin AccessBankın məhsulları, xidmətləri, layihələri və fəaliyyəti haqqında, e-poçt marketinq mesajları, push bildirişlər, şirkət təqdimatları, onlayn sorğu formaları və veb sayt üzrə məzmunların hazırlanması;
  • Veb səhifənin ziyarətçilərinin “lifecycle stage” – inə uyğun olaraq CTA-ların hazırlanması;
  • Tanıtım videoları üçün ssenarilərin yazılması;
  • Məzmunun maksimum dərəcədə geniş kütləyə çatmasını təmin etmək məqsədilə SEO prinsiplərin riayət etmək;
  • İnfluencer marketinq strategiyasının inkişafına töhfə vermək;
  • Rəqəmsal marketinq mütəxəssisləri ilə sıx əməkdaşlıq edərək, məzmunun ümumi məqsədə uyğun olduğuna əmin olmaq;
  • Auditoriyanın ehtiyaclarına cavab verən müvafiq məzmun yaratmaq üçün dizaynerlər, məhsul sahibləri, satış mütəxəssisləri, inflyuenserlər və sahə ekspertləri ilə sıx əməkdaşlıq etmək;
  • Kommunikasiyanın daha da cəlbedici olması üçün dizaynerlərlə birlikdə visual təsvirlərin hazırlanmasında iştirak etmək;
  • Video reklamların və veb banerlərin hazırlanması üçün kənar / üçüncü tərəf şirkətlər ilə əməkdaşlıq etmək;
  • Kontent marketinqi üzrə ən son bazar tendensiyalarından məlumatlı olmaq, “rəqib analizi” aparmaq
  • AccessBankın ümumi marketinq strategiyasına töhfə vermək.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Marketinq və Biznesin təşkili üzrə təhsil arzuolunandır);
  • Layihələrin yazılması və redaktə edilməsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığı;
  • Bank sahəsi üzrə iş təcrübəsi arzuolunandır;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti;
  • Ünsiyyət və təqdimat bacarıqları;
  • Komandada işləmək bacarığı.

İşəgötürənin reytinqi