Vəzifənin adı: Hüquqşünas
Namizədə tələblər:
-25-30 yaş arasında olmalı;
-Ali hüquqi təhsil;
-Hüquq üzrə minimum 3 il iş təcrübəsi;
-Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, Rus və İngilis dilini bilənlərə üstünlük veriləcəkdir;
-Ünsiyyətcil olmalı və qrup şəklində işləmək qabiliyyəti, təhlil və hesabat vermə bacarığı, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalıdır.
İş barədə məlumat:
-İddia ərizələrini və prezentasiyalarının hazırlanması, onların təyinatı üzrə göndərilməsi və məhkəmə baxışından əvvəl araşdırmaların aparılması;
-Etibarnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində məhkəmələrdə şirkət hüquqlarının və qanuni mənafelərinin qorunması;
-Məhkəmələrin və digər dövlət orqanlarının şirkətin mənafeyinə zidd olan qərarlarından şikayətlərin verilməsi;
-Şirkətin iştirak etdiyi beynəlxalq arbitraj proseslərin sənədlərinin hazırlanması, bu sahədə müvafiq təşkilatlarla əlaqələrin yaradılması və lazımi işlərin görülməsi;
- Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, şirkətdaxili əsasnamə, qayda və təlimatlara hüquqi rəyin verilməsi;
-Mahiyyətindən asılı olmayaraq, şirkətin tərəfdaşları ilə bağlanılan bütün növ əqdlərə hüquqi rəyin verilməsi.
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Hüquqşunas” yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.