Elektrik işləri üzrə aparıcı mühəndis

İşin təsviri

Vəzifənin məqsədi:

  • Zavod ərazisində istifadə olunan cavabdeh olduğu sahə üzrə elektrik avadanlıqları və mexanizmlərinin texniki xidmət və təmir işlərini verilən proqram, təlimat və standartlara uyğun olaraq yerinə yetirilməsini təmin etmək. 

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etmək; İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunmasını həyata keçirmək. İş bitdikdən sonra iş yerini və alətləri təmiz saxlamaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq;
  • Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riyaət etmək; 
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac olduğu halda növbəli iş rejimində işləmək;
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • SAP sistemi üzərindən günlük və həftəlik işləri texniklər arasında bölüşdürmək, cari, əsaslı təmir bərpa sınaq-sazlama işlərini təşkil etmək və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək;
  • SAP sistemi üzərindən yeni iş bildirişini yaratmaq, iş sifarişlərini yoxlamaq və lazımi tədbirləri görmək;
  • Ehtiyat hissələri müəyyən etmək və sifarişi SAP sistemi üzərindən izləmək;
  • Elektrik avadanlıqlarının təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatları hazırlamaq;
  • Elektrik təmiri bölməsinin illik xərclərini büdcəyə uyğunluğunu izləmək;
  • Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işləri daimi izləmək, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat hazırlamaq;
  • Nəzarəti altında olan işçilərə lazımi təlimləri vermək, ehtiyac olunan təlimlər haqqında məlumatı və aparılan təlimlərin qiymətləndirmə nəticəsini böyük mühəndisə vaxtında bildirmək;
  • Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə: mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı qaydalara uyğun olaraq tövsiyələr vermək;
  • Podratçı şirkətin görəcəyi elektrik təmir işləri ilə bağlı işlərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
  • Qəza duruşlarında elektrik nasazlıqlarını müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırmaq;
  • Mərkəzləşmiş təmir qaydalarına uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
  • İşlədiyi struktur bölmələrdə bütün elektrik avadanlıqlarının təftişini təmirini önləyici, qabaqlayıcı və bərpaedici qaydalara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfələr vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.

Tələblər:

  • Müvafiq sahə üzrə bakalavr təhsili (Elektrik mühəndisliyi və s.);
  • Müvafiq sahə üzrə ən azı 5 il müvafiq iş təcrübəsi;
  • Qurğularda və elektrik yarımstansiyalarında olan elektrik avadanlıqlarını sazlaya bilməli;
  • Elektrik avadanlıqları, transformatorlar, elektrik mühərrikləri və idarəedicilər, generatorlar, elektrik stansiyaları və orta və yüksək gərginlikli əlaqəli paylayıcı qurğular, dəyişkən frekans tənzimləyiciləri, UPS və PLC haqqında məlumatlı olmalı;
  • Proses P&ID sxemlərini, elektrikli SLD və sxematik diaqramları oxumaq və anlamaq, paylanmış idarəetmə sistemlərini (DCS), Güc İdarəetmə Sistemini (PMS), Atmosfer Partlayıcılarını (ATEX) anlamaq bacarığı, habelə bu avadanlıqların işlədilməsi, bərpası və əsaslı təmiri barədə məlumatlı olmalı;
  • Yüksək və alçaq gərginlikli elektrik avadanlıqlarında elektrik əməliyyatlarının aparılmasını nəzəri və praktiki olaraq bilməli, elektrik əməliyyatlarının təşkil edilməsini bacarmalı;
  • İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).

İş yeri: Qaradağ rayonu

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Elektrik işləri üzrə aparıcı mühəndis (Qaradağ)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 12.01.2024

İşəgötürənin reytinqi