İnşaat işləri üzrə texnik

İşin təsviri

Vəzifənin məqsədi:

  • Zavod ərazisindəki aparılan tikinti işlərinin keyfiyyət və texniki nəzarət şöbəsinin iş metoduna uyğun olaraq vaxtında aparılmasını təmin etmək.

Vəzifə öhdəlikləri:

  • İş Sağlamlığı, Təhlükəsizlik və Ətraf Mühit qaydalarına riayət etmək, iş standartlarına uyğun işləmək, rəhbərin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İşləyərkən əməyin mühafizəsi tədbirlərini həyata keçirmək və onlara əməl etmək, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək, İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq , iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “Mühəndisə ”  xəbər vermək;
  • Qapalı ərazilərdə iş təcrübəsinə malik olmaq;
  • Bütün SƏTƏM siyasət və prosedurlarına əməl etmək;
  • İnşaat işlərində spesifikasiyalardan əldə edilən məlumatları dəqiq şərh və tətbiq etmək;
  • Müəyyən edilmiş obyekdə tikinti-quraşdırma işləri planın işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət etmək;
  • Lahiyə həyata keçirilən ərazilərə baxış keçirmək və işlərin gedişat monitorinqinin aparılmasını icra etmək;
  • Tikinti proqramlarını və təqvim qrafikini tərtib etmək;
  • Kiçik həcmli lokal smetaların tərtib olunmasını həyata keçirmək;
  • Tələb olunan hesabatların hazırlanması (layihə məlumatları, layihəyə nəzarət,layihə resursları,layihə planı) icra etmək;
  • SAP sistemi üzərindən günlük və həftəlik işlərin bölüşdürülməsi, cari, əsaslı təmir bərpa işlərini təşkil etməli və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək;
  • SAP proqramında yaradılmış olan iş bildirişi, iş sifarişlərinin yoxlanılması və lazımi tədbirlərin görülməsini icra etmək;
  • İş bildirişinin SAP sistemi üzərindən yaradılmasını icra etmək;
  • Tikinti sahəsində forma – 2 -lərin yoxlanılması, lahiyəyə əsasən həcmlərin çıxarılmasını həyata keçirmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • Verilən iş tapşırıqlarını səmərəli , qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, təhlükəsiz, yüksək keyfiyyətdə, iş icazə sənədlərinə uyğun olaraq xətasız iş görmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.

Tələblər:

  • Orta təhsil (Müvafiq sahə üzrə peşə, orta-ixtisas təhsili üstünlükdür);
  • Müvafiq sahə üzrə ən azı 5 il müvafiq iş təcrübəsi;
  • Yaxşı planlama və təşkilatçılıq bacarığı;
  • MS Office proqramları üzrə biliklər;
  • Orta səviyyədə ingilis dili biliyi;
  • Ünsiyyət və izahetmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı.

İş yeri: Qaradağ rayonu

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “İnşaat işləri üzrə texnik (Qaradağ)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 12.01.2024

İşəgötürənin reytinqi