Məhsulların dəstəyi üzrə mütəxəssis

İşin təsviri

Təsvir:

  • L1 (first line) komandası tərəfindən qeydiyyata alınan bütün sorğulaına iş qrafikinə əsasən cavablandırılması, məhsul üzrə əməliyyatların icra edilməsi; 
  • İstifadəçilərin (vətəndaşların) Agentliyin xidmətləri, məhsulları barədə prosedurlara əsasən məlumatlandırılıması; 
  • Məhsulların funksionallıqlarını və istifadəsini yüksək səviyyədə öyrənmə bacarığının olması;  
  • Məhsullara aid informasiya sistemlərinin monitorinqi və loqlarının analiz edilməsi; 
  • Yüksək prioritetli insidentlər haqqında L3 əməkdaşlarının (İT mühəndislər və proqramçılar) məlumatlandırılması və insidentlərin L3 əməkdaşlarına eskalasiya edilməsi; 
  • Hər hansı texniki çətinlik ilə bağlı müraciət daxil olarsa, sorğunun mütləq olaraq qeydiyyatının düzgün kateqoriyalarda aparılması, qeydiyyatının "açıq" statusunda olarkən izlənilməsi və son istifadəçiyə (vətəndaşa) vaxtında cavabların təqdim edilməsi; 
  • İnsidentlərin həllində və onların eskalasiya zamanı aktiv iştirak edilməsi; 
  • Sorğuların idarəedilməsi prosesini dəstəkləmək üçün digər komanda heyəti ilə sıx əməkdaşlıq edilməsi; 
  • Daxil olan müraciətlərin ilkin texniki araşdırılması; 
  • Qeyri-iş saatlarında və bayram günlərində növbəli iş saatı (on-call); 
  • Məhsullarn FAQ yenilənməsində iştirak etmək.

Tələblər:

  • Ali təhsil (İnformasiya texnologiyaları və ya digər müvafiq ixtisas üzrə);
  • Texniki dəstək üzrə minimum 6 (altı) ay iş təcrübəsi; 
  • "Windows OS" və ya "Linux OS" bilikləri;  
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Komanda ilə effektiv işgüzar münasibət yaratma bacarığı; 
  • Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti; 
  • Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən digər vakansiyalar