Marketinq Meneceri

İşin təsviri


 

İnkişaf üçün Maliyyə MMC baş ofis üçün Marketinq Meneceri vakansiyasına işçi qəbulu elan edir.

ƏSAS VƏZİFƏ VƏ MƏSULİYYƏTLƏR:

• Qısamüddətli və uzunmüddətli marketinq planları, marketinq və reklam strategiyaları hazırlayır, həyata keçirir və daima təkmilləşdirir;
• Müvafiq menecment və işçilərlə birlikdə qiymət siyasətini müəyyən edir və nəzərdən keçirir;
• Mövcud bazar, iqtisadiyyat və rəqibləri təhlil etmək üçün menecment və araşdırma komandalarına nəzarət edir;
• Təşkilatın mövcud məhsullarının güclü və zəif tərəflərini müəyyənləşdirir;
• Təşkilatın brendini və ya brendlərini yaradır və idarə edir;
• Yeni və spesifik məhsullar yaradır, onların promosyonunu təşkil edir və satışı dəstəkləyir;
• Hədəf bazar və seqmentlərə dair təhlillər aparır; düzgün satış metodları və kanalları seçir;
• Mövcud marketinq işlərinin və alətlərinin keyfiyyət və səmərəliliyini qiymətləndirir və təkmilləşdirir;
• Müştəri, işçi heyəti və tərəfdaşların ehtiyaclarına cavab verən internet səhifəsinin yaradılmasını idarə edir;
• Müştəri məmnuniyyətini dəstəkləmək üçün biznesin inkişafı və ön ofis işçilərinin müvafiq həll  yolları ilə təmin edilməsinə nail olur;
• Təşkilatın və onun xidmətlərinin rəqabət qabiliyyətini dəstəkləyir;
• Kredit bazarının potensialı və əsas trendlərə dair proqnoz verir.

BİLİK, BARACIQ, TƏCRÜBƏ:

• İqtisadiyyat və ya biznes idarəetməsi və ya menecment sahəsində bakalavr dərəcəsi;
• Marketinq sahəsində ən azı üç (3) il iş təcrübəsi;
• Maliyyə məhsul və xidmətləri üzrə iş təcrübəsi üstünlükdür;
• Mükəmməl Azərbaycan və ingilis dili bilikləri; rus dili biliyi üstünlükdür.

Maraqlanan şəxslər CV-lərini 08 dekabr 2013-cü il tarixədək

[email protected]

elektron ünvana göndərə bilər. Sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin. CV-inizi göndərərkən mövzu yerinə "Marketinq Meneceri" yazmağı xahiş edirik.